Cümə axşamı , 5 Dekabr 2024
Drone Cameras

“Azərbaycanlıların soyqırımı: Bitməyən erməni vəhşiliyi”

Dünya Azərbaycanlıları Konqresi və Milli Təşəbbüs Qrupunun təşkilatçılığı ilə 31 mart soyqırımının növbəti anım tədbiri keçirilib. “Azərbaycanlıların soyqırımı: Bitməyən erməni vəhşiliyi” adlı konfransı giriş sözü ilə açan “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının təklifi ilə Şəhidlərin ruhu 1 dəqiqəlik sükutla yad edildi və tədbir iştirakçıları uca səslə Azərbaycanın Dövlət Himninin oxuyublar. Ardınca aparıcı 1918-ci ildə baş verən erməni soyqırımının mahiyətindən, Azərbaycan türklərinin çoxəsrlik soyqırım tarixindən danışıb. Əvəz Zeynallı tədbirin həm də gündəlik gündəm məsələlərini müzakirə edəcəyini dedi. Onun düşüncələrinə görə, son günlər Azərbaycanda qəribə hadisələr baş verir. Bu hadisələrdən ortaya narahatçılıq doğuran məsələlər çıxır. Ölkədə etnik qarşıdurmanı artıran addımlar atılır. Ermənilərin Azərbaycana gəlməsi təşkil edilir, hansısa barışıq sazişləri haqqında söhbətlər gedir, Azərbaycan türkləri hədəf alınır və s. Bu hadisələrin qarşısının alınması gərəkliliyindən bəhs edən Əvəz Zeynallı onu da qeyd edib ki, prosesi nəzarətdə saxlamaq üçün ölkənin bütün qüvvələrinin birləşməsi vacibdir.

Daha sonra Dünya Azərbaycanlıları Konqresinin həmsədri Sabir Rüstəmxanlı çıxış edərək, günün mahiyyəti və gündəmdə olan məsələlərlə bağlı geniş məruzə edib. Sabir Rüstəmxanlı çıxışında: “Düşmən olmayan, qondarma “erməni soyqırımı”na görə abidə ucaldıb. Ermənistana gələn xarici qonaqları həmin abidənin ziyarətinə aparmaq rəsmi prosedura daxil edilib. Bizdə isə ölkəmizin paytaxtında Mart soyqırımı, yaxud bu günə qədər baş verən soyqırımlarla bağlı ümumilşdiirlmiş bir abidə kompleksi yoxdur. Hesab edirəm ki, bu istiqamətdə konkret addımlar atılmalı, həm xalqımızın başına gətirilən soyqırımların təbliği, həm də həmin soyqıırmlarında vəhşicəsinə qətlə yetirilən insanların xatirəsinin əbədiləşdirilməsi üçün ölkə paytaxtında belə bir kompleksin inşasına ehtiyac var” – deyə qeyd edib.Tədbirdə sabiq təhsil naziri Firudin Cəlilov, Milli Elmlər Akademiyasından Əkrəm Rəhimli, Səməd Bayramzadə, Həsən Səfəri, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev, Canımız Azərbaycan Partiyasının sədri Ramiz Tağıyev, tarixçi yazar Bəxtiyar Tuncay, tarixçi-araşdırmaçı Yasəmən Qaraqoyunlu, tanınmış jurnalist-yazar Azər Həsrət, Qərbi Azərbaycana Qayıdış İctimai Birliyinin sədri Rizvan Talıbov və başqaları çıxış edib soyqırım tariximizdən danışıblar.

 

 

 

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir