Bazar , 19 May 2024
Drone Cameras

Azad edilmiş əraziyə keçmək istəyən şəxs həbs olunub, daha bir nəfər cərimələnib

Füzuli Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində işğaldan azad edilmiş və partlayıcı vasitələrdən tam təmizlənməmiş ərazilərə müvafiq icazələri olmadan keçməyə cəhd göstərən şəxs həbs olunub, digəri cərimələnib.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Bildirilib ki, rayon sakinləri – Xəyal Quliyev və Sahil Rüstəmov idarə etdikləri avtomobillərlə işğaldan azad edilmiş ərazilərə daxil olmaq istəyərkən nəzarət qaydasına uyğun olaraq post ərazisində polis əməkdaşları tərəfindən saxlanılıblar. Yoxlamalar zamanı həmin şəxslərin müvafiq icazələri olmadığı müəyyən edilib və barələrində protokollar tərtib edilərək rayon məhkəməsinə göndərilib.

Məhkəmənin qərarına əsasən X.Quliyev 10 gün müddətinə həbs, S.Rüstəmov isə inzibati qaydada cərimə edilib.

Check Also

Cəlilabadda 17 yaşlı yeniyetmə 4 bıçaq xəsarəti alıb

Cəlilabad rayonunda bıçaqlanma hadisəsi baş verib. Boyukmillet.com xəbər verir ki, rayon sakini, 2007-ci il təvəllüdlü …