Bazar , 4 Oktyabr 2026
Drone Cameras

Azərbaycanlılar Ukrayna DİN-in binası qarşısında etiraz aksiyası keçirir

Onlar son vaxtlar Ukraynada azərbaycanlılara qarşı cinayətlərin artmasına, xüsusilə adam oğurluğu hallarına DİN tərəfindən lazımi reaksiya verilməməsinə, tədbirlər görülməməsinə etiraz edirlər.

Mitinq iştirakçılarının APA-ya verdiyi məlumata görə, aksiyaya 200-dən çox şəhərdən gəlmiş azərbaycanlılar qatılıblar.

Aksiya iştirakçıları daxili işlər naziri Arsen Avakovdan son 2 ildə – o, nazir təyin ediləndən bəri 20-dən çox azərbaycanlı iş adamının və iş adamlarının övladlarının oğurlanmasına, tanınmış azərbaycanlılara qarşı sui-qəsdlərin üstünün açılmamasına aydınlıq gətirməsini tələb edirlər.

Aksiya davam edir.

Check Also

İstanbul BPİ əməliyyat keçirib və 7 şübhəli saxlanılıb

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir