Bazar ertəsi , 14 Sentyabr 2026
Drone Cameras

AZAL “Samsung Galaxy Note 7” ilə səyahət edənlərə xəbərdarlıq edib

Avropa Aviasiya Təhlükəsizliyi Agentliyinin (EASA) tövsiyələrinə əsasən “AzərbaycanHava Yolları” QSC (AZAL) sərnişinlərdən uçuş zamanı “Samsung Galaxy Note 7” smartfonlarını istifadə etməməyi və enerji şəbəkəsinə qoşmamağı xahiş edir.

 

AZAL-ın mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, bu model smartfonun həmçinin qeydiyyatdan keçirilən baqajda daşınması da qadağandır.

Məhdudiyyətlər “Samsung Galaxy Note 7” smartfonlarının alışması halları ilə əlaqədar olaraq geri çağırılması barədə “Samsung” şirkətinin bu yaxınlarda verdiyi məlumatlar ilə bağlıdır.

“Samsung Galaxy Note 7” smartfonları ilə səyahət edən sərnişinlər təyyarənin göyərtəsində smartfonun zədələnməsi, qızması və ya itməsi halında hava gəmisinin heyətinə dərhal məlumat verməlidirlər.

Check Also

Şotlandiya, Uels və Şimali İrlandiya öz müqəddəratını təyinetmə hüququ barədə memorandum imzalayıblar

Şotlandiyanın, Uelsin və Şimali İrlandiyanın birinci nazirləri Con Suini, Rhun ap İorvert və Mişel O’Nil …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir