Cümə , 17 Yanvar 2025
Drone Cameras

Azay Quliyev seçicilərini qəbul edib

Bu gün Milli Məclisin deputatı Azay Quliyev Yeni Azərbaycan Partiyasının Binəqədi rayon təşkilatının inzibati binasında seçicilərini qəbul edib.
 
Deputata müraciətlər əsasən məşğulluq, əmək, sosial, təhsil məsələləri, əfv və digər mövzuları əhatə edib. Qəbula gələn seçicilərin problemləri yerindəcə müvafiq qurumlarla əlaqə yaradılaraq həll edilib. 
Azay Quliyev bildirib ki, seçicilərini narahat edən məsələləri daim diqqət mərkəzində saxlayır və onların həlli üçün müvafiq işlər görür.
 
Deputat, həmçinin vurğulayıb ki, seçicilərin ona ünvanladığı müraciətləri aidiyyatı qurumlara göndərməklə yanaşı, onların icra vəziyyətini də daim diqqətdə saxlayır.
 
Məlumat üçün bildiririk ki, Azay Quliyevin rəsmi internet səhifəsində seçicilərin qəbulu üçün onlayn qeydiyyat sistemi ( (http://azayguliyev.az/qebul.php?cat=112&lang=az) fəaliyyət göstərir. 8 saylı Binəqədi birinci Seçki Dairəsinin seçiciləri elektron müraciət imkanından yararlanaraq deputatın qəbuluna yazıla bilərlər. Azay Quliyev hər ay mütəmadi olaraq seçiciləriylə görüş keçirir.

Check Also

İrəvanın notası birbaşa Rusiya faktoru ilə əlaqədardır -RƏY

Paşinyan hökuməti dəfələrlə açıq şəkildə bəyan edib ki, Zəngəzur dəhlizinə Rusiyanın nəzarət etməsini istəmirlər Ermənistan …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir