Cümə axşamı , 28 Mart 2024
Drone Cameras

Azay Quliyev Türkiyənin spikeri və hökumət üzvləri ilə görüşdü

ATƏT Parlament Assambleyasının xüsusi missiyası Türkiyədə səfərdədir. Nümayəndə heyəti bu gün iyunun 7-də Ankarada Türkiyə Böyük Millət Məclisinin sədri İsmayıl Kahraman, baş nazirin müavini Numan Kurtulmuş, xarici işlər naziri Mövlut Çavuşoğlu, ədliyyə naziri Bekir Bozdağla görüş keçiriblər. Bu haqda ATƏT PA-nın rəsmi facebook səhifəsi məlumat yayıb. 

Məlumatda deyilir ki, ATƏT PA- nın vitse prezidentləri Azay Quliyev və George Seretelinin iştirak etdiyi görüşlərdə Türkiyədə mövcud ictimai-siyasi vəziyyət, qurumun nümayəndə heyətinin ötən ilin avqustunda Ankarada Prezident Receb Tayib Ərdoğan, Baş Nazir Binəli Yidırımla keçirilən görüşlərin nəticələri, insan hüquqlarının və azadlıqlarının qorunması sahəsində görülən işlər, ATƏT PA ilə Türkiyə arasında dialoq və əməkdaşlıq imkanlarının genişləndirməsi müzakirə olunub.

Türkiyə rəsmiləri Türkiyənin DAEŞ, pkk və FETÖ terror terror təşkilatları ilə üz üzə qaldığı, 3 milyon suriyalı miqranta ev sahibliyi etdiyi və bütün bunların Türkiyə  üçün  nə qədər çətin olduğunu qeyd ediblər. Keçən ilin iyulunda çevriliş cəhdindən sonra fövqəladə vəziyyətin tətbiqinə qərar verildiyini bildiriblər. 

İyunun 8-də isə CHP lideri Kamal Kılıçdaroğlu, MHP və HDP liderləri və digər rəsmi şəxslərlə görüş baş tutacaq.

18953343_1789382981072182_599867401711740277_o.jpg (65 KB)

18955062_1788655314478282_3614045236587277059_o.jpg (138 KB)

Check Also

Qırmızı dənizdəki vəziyyət Avropa-Cənubi Koreya yük daşımalarının qiymətini 40 faiz bahalaşdırıb

Qırmızı dənizdəki təhlükəsizliklə bağlı yaranmış vəziyyət Cənubi Koreyadan Avropaya və əksinə istiqamətdə dəniz yolu ilə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir