Bazar ertəsi , 21 İyun 2021
Home » Dünya » AzTA: Azərbaycanda turizm müəssisələrinə nəzarət mexanizmi yaradılmalıdır

AzTA: Azərbaycanda turizm müəssisələrinə nəzarət mexanizmi yaradılmalıdır

Azərbaycanda turizm müəssisələrinə, o cümlədən hostellərə nəzarət üçün mütləq mexanizm yaradılmalıdır.

Bunu Trend-ə Azərbaycan Turizm Assosiasiyası (AzTA) sədrinin müşaviri Müzəffər Ağakərimov Trend-ə bildirib.

Onun sözlərinə görə, Mədəniyyət və Turizm Nazirliyi hostellərin qeydiyyatını aparmadığından onların sayını müəyyənləşdirə bilmir. Ona görə də mütləq reyestr hazırlanmalı və hostellərin adları oraya daxil edilməlidir:

“Hostellərin sayı yalnız vergilər orqanlarında olur. Bu, düzgün deyil. Necə ola bilər ki, necə dənə hostelin açılmasından Mədəniyyət və Turizm Nazirliyinin məlumatı olmur? Məlumat olmadıqda işi təşkil etmək çox çətindir. Çünki informasiya olmadıqda ölkədə nə qədər hotelə, hostelə ehtiyacın olduğununu müəyyənləşdirmək mümkün deyil. Buna görə də yeni açılan turizm müəssisələrinin hamısı nəzarət mexanizmindən keçməlidir”.

Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin müdiri Aydın İsmiyevin bir müddət əvvəl Trend-ə bildirib ki, turizm müəssisələrinə nəzarəti Dövlət Turizm Reyestri yaratmaqla təmin etmək olar.

O bildirib ki, belə bir təcrübə müxtəlif dünya ölkələrində var: “Turizm müəssisələrinin fəaliyyətinə nəzarət etmək üçün müxtəlif ölkələrdə Dövlət Turizm Reyestri yaradılır. Həmin ölkədə fəaliyyət göstərən turizm şirkətləri, hotellər, bələdçilər bu reyestrə mütləq şəkildə daxil olmalıdırlar. Azərbaycanda da belə bir təcrübəni tətbiq etmək olar”.

Check Also

Təqaüd alanlara vacib xəbər

İyunun 23-də bütün müavinət, təqaüd və kompensasiyaların ödənilməsi nəzərdə tutulub.Bu barədə  Dövlət Sosial Müdafiə Fondunun …