Bazar , 22 Noyabr 2026
Drone Cameras

Babəkin Xəlilli kəndində fərdi yaşayış evində yanğın olub

Babək rayonunun Xəlilli kəndində fərdi yaşayış evində yanğın hadisəsi baş verib.

Boyukmillet.com xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə 1960-cı il təvəllüdlü kənd sakini Əliyeva Gülüstan Əli qızına məxsus yaşayış evində yanğın hadisəsi baş verməsi ilə bağlı məlumat daxil olub.

Hadisə yerinə Naxçıvan şəhər və Babək rayon Dövlət Yanğın Təhlükəsizliyi Şöbələrinin yanğınsöndürmə avtomobilləri cəlb olunub və qısa zamanda yanğın söndürülüb, xəsarət alan yoxdur.

Nəticədə ümumi sahəsi 126 kvadratmetr olan mənzilin 98 kvadratmetr hissəsi yanıb. Yanğına səbəb isə evə bitişik yardımçı tikilidə olan qaz plitəsinin nəzarətsiz qalması olub.

Check Also

Bu şəxslər üçün imtahan keçiriləcək – DİQQƏT

Dövlət İmtahan Mərkəzi (DİM) noyabrın 22-də peşəkar mühasib sertifikatı imtahanının mühasibat uçotu üzrə birinci mərhələsini …