Cümə , 26 Aprel 2024
Drone Cameras

Bakıda avtobuslarda gediş bahalaşdı

“Gediş haqqı Tarif Şurasının müvafiq qaydalarına əsasən gerçəkləşdirilir”

Yanvarın 13-dən etibarən “BakuBus” avtobuslarının xidmət göstərəcəyi 175 nömrəli marşrut xəttində də gedişhaqqı göstərilən normativlərə uyğun olaraq 30 qəpik müəyyən edilib.

Boyukmillet.com-un məlumatına görə, bu barədə “Modern.az”a “BakuBus” MMC-nin mətbuat xidmətinin rəhbəri Mansur Piriyev bildirib.

M.Piriyev qeyd edib ki, marşrut xətlərində tətbiq olunan gediş haqqı Tarif Şurasının müvafiq qaydalarına əsasən həyata keçirilir:

“Bu qaydalara əsasən şəhərdaxili, şəhərətrafı və qəsəbələrarası marşrutlarda sərnişindaşıma xidmətlərinin ödənişi məsafədən asılı olaraq dəyişir. Belə ki, şəhərətrafı və qəsəbələrarası 1 km-dən 15 km-dək (15 km daxil olmaqla) 20 q. 15 km-dən 25 km-dək (25 km daxil olmaqla) 25 q. 25 km-dən 30 km-dək (30 km daxil olmaqla) 30 qəpikdir”.

Qeyd edək ki, 175 nömrəli marşrut xəttinin hərəkət sxemində dəyişiklik edilib. 13 yanvar 2018-ci il tarixdən bu xətti üzrə avtobuslar Hövsan qəsəbəsinin mərkəzindən əvvəvlki xətdən fərqli olaraq “Xətai” metrosuna yox, “28 May” metrostansiyasınadək hərəkət edir.

 

Check Also

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətində minaya düşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir