Bazar , 1 Avqust 2021
Home » Dünya » DAK İrandakı durumla bağlı dəyirmi masa keçirib

DAK İrandakı durumla bağlı dəyirmi masa keçirib

Dəyirmi masada “İranda baş verən olaylar”-la bağlı bəyanat verilib.

Boyukmillet.com İnterpress.az-a istinadən xəbər verir ki, toplantını DAK həmsədri Sabir Rüstəmxanlı açıq elan edərək, mövzu və regionda baş verən proseslərdən danışıb. Toplantıda Güney Azərbaycan Konqresinin sədri Abdullah Əmir Haşimi, MSDM sədri İsa Qəmbər, Müsavat başqanı Arif Hacılı, ADP sədri Sərdar Cəlaloğlu, AXP sədri Pənah Hüseyn, AzDP sədri Sülhəddin Əkbər, BQP sədri, millət vəkili Fazil Qəzənfəroğlu, AXDP sədri Rafiq Turabxanoglu, AĞ partiya sədri Tural Abbaslı, ASP sədri Elşən Həsənov, DAK-ın Güney Azərbaycan bölməsinin sədri Babək Muğanlı, DAK idarə heyətinin üzvü Xəzər Emin, AMEA əməkdaşı Yasəmən Qaraqoyunlu, Güney Azərbaycanlı milli fəallar və VHP üzvləri iştirak ediblər.
Tədbirin sonunda Dünya Azərbaycanlıların təşəbbüsü ilə “İranda baş verən olaylar”-la bağlı bəyanət verilib.

Bəyanətdə deyilir:

Ötən ilin sonlarında, dekabrın 28-dən etibarən İranın bir çox şəhərlərində sosial narazılıqla bağlı kütləvi aksiyalar keçirilmişdir. Bu aksiyalarla İran cəmiyyətinin dərin sosial-siyasi, mədəni və etnik-milli böhranlar keçirdiyini bir daha bütün dünyaya göstərmiş oldu. İnsan dəyərlərinin ən ali məqam sayıldığı, sosial, milli haqların ümumbəşəri ideyalara çevrildiyi XXI əsrdə demokratik prinsiplər heç bir dövlətin daxili işi sayıla bilməz. İranda milyonlarla azərbaycan türkünün, soydaşımızın yaşaması isə bizim üçün bu ərazidə baş verənləri xüsusilə maraqlı edir. Həm soydaşlarımızın taleyindən narahatlılıq, həm Azərbaycan Respublikasının qonşu dövləti olaraq biz İranda daxili problemlərin demokratik islahatlar, insan haqları və milli dəyərlərə sayğı çərçivəsində həllinin tərəfdarıyıq. Son etirazlar bir daha təsdiqləndi ki, İran dövlətinin və hökümətinin dərin islahatlara ehtiyacı var. 
İran rəhbərliyi illərlə Azərbaycan türklərinin, eləcə də burda yaşayan digər millətlərin bu ölkənin konstitusiyasının 15, 19 və 20-ci maddələri ilə təsbit olunmuş haqlarını tanımamaqdan vaz keçməlidir. Türkofobiyaya qarşı ciddi mübarizə aparılmalı, qövmi, irqi, dil sahəsində aparteyid əlamətlər ləğv edilməlidir. Azərbaycan türklərindən olan, eləcə də digər siyasi məhbuslarının dərhal və qeyd-şərtsiz azad edilməsi, son hadisələr zamanı dinc vətəndaşlara zorakılıq tətbiq edənlər, atəş açanlar cəzalandırılmalıdır. DAK bütün bu islahatları zəruri sayaraq bir daha diqqətə çatdırır ki, son illərdə Yaxın və Orta Şərqdə xarici qüvvələrin təsiri ilə, xalqların alət kimi proseslərdə istifadə edilməsinin mənfi fəsadlarından İran rejimi ciddi dərs götürməlidir. Biz İran etirazçılarının tələblərini haqlı saymaqla yanaşı, bu etirazlardan süni şəkildə digər qüvvələrin öz maraqları üçün istifadəsini qətiyyətlə pisləyirik. Azərbaycan Respublikasının qonşuluğunda yeni Liviya, Suriya və bu kimi qanlı səhnələrin yaradılmasını istəmirik. Öz ölkəsində insan və milli haqları görməməzlikdən gələn İran rejimi də bu dərsi çıxarmalıdır.

DAK İrandakı durumla bağlı dəyirmi masa keçirib

 

DAK İrandakı durumla bağlı dəyirmi masa keçirib

 

DAK İrandakı durumla bağlı dəyirmi masa keçirib

Check Also

SON DƏQİQƏ: Quzey Kıbrısda da yanğın alovlandı

Quzey Kıbrıs Türk Cümhuriyyətinin (KKTC) Girne bölgəsinin Karşıyaka kəndinin cənub -qərb hissəsindəki meşə sahəsi yanmağa …