Şənbə , 27 İyul 2024
Drone Cameras

Kiyevdə fövqəladə vəziyyət:kütləvi tədbirlərin keçirilməsi məhdudlaşdırıldı

Ukraynanın paytaxtı Kiyevdə qızılca xəstəliyinin yayılması ilə bağlı şəhərdə kütləvi tədbirlərin keçirilməsi bir ay müddətində məhdudlaşdırılıb.

Azərtac xəbər verir ki, bunu yanvarın 10-da keçirilən mətbuat konfransında Kiyev şəhər Administrasiyası rəhbərinin birinci müavini Nikolay Povoroznik bildirib. Onun sözlərinə görə, Administrasiyanın qərarı müvafiq təşkilatlara göndərilib. 30 gün ərzində vəziyyət normallaşmasa, paytaxtda kütləvi tədbirlərin keçirilməsinin məhdudlaşdırılması müddəti artırılacaq.

N.Povoroznik, həmçinin qeyd edib ki, qızılcaya qarşı peyvənd olunmayan uşaqlar bağça və məktəblərə buraxılmayacaq.

Qeyd edək ki, bu ilin yanvarın 1-dən başlayaraq Kiyevdə 61 nəfərin qızılcaya tutulduğu aşkarlanıb. Onlardan 49-u uşaqdır.

Check Also

AQC sədri Türkiyə səfiri ilə görüşüb

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, Türk Dövlətləri Qiymətləndiricilər Birlikləri Şurasının Prezidenti Vüqar Oruc Türkiyə Respublikasının Azərbaycan …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir