Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

Bakıda Azərbaycan-Çexiya biznes-forumu keçiriləcək

 Çexiyanın sənaye və ticarət naziri Yan Mladekin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində yanvarın 17-də Bakıda Azərbaycan-Çexiya biznes-forumu baş tutacaq.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (Azpromo) “Report”a verilən xəbərə görə, biznes-forum İqtisadiyyat Nazirliyinin dəstəyi və “Azpromo”nun təşkilatçılığı ilə keçiriləcək. 

Forumda kənd təsərrüfatı və qida sənayesi, maliyyə, sığorta, energetika, logistika, tikinti, hüquq, neft-kimya, maşınqayırma, şüşə istehsalı və digər sahələrdə fəaliyyət göstərən Çexiya şirkətlərinin iştirakı gözlənilir. Tədbirə qeydiyyat yanvarın 17-si saat 11:00-dan etibarən Bakı Biznes Mərkəzində (Neftçilər prospekti,32) başlayacaq.

Forumda iştirak etməkdə maraqlı olan şirkətlərdən təmsilçilərinin adını, soyadını və vəzifəsini qısa müddət ərzində telefon və ya e-mail vasitəsilə (tel.: (012) 598 01 47/48 və ya (012) 437 11 42, daxili – 123; e-mail: [email protected];) “Azpromo”ya göndərmələri xahiş olunur.

Check Also

Şotlandiya, Uels və Şimali İrlandiya öz müqəddəratını təyinetmə hüququ barədə memorandum imzalayıblar

Şotlandiyanın, Uelsin və Şimali İrlandiyanın birinci nazirləri Con Suini, Rhun ap İorvert və Mişel O’Nil …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir