Bazar , 3 Dekabr 2023

Bakıda məktəbli qız özünü asıb

Bakıda daha bir intihar hadisəsi baş verib.

Binəqədi rayon prokurorluğundanAPA-ya verilən məlumata görə, hadisə rayonun Xocahəsən qəsəbəsində qeydə alınıb. Qəsəbə ərazisində yaşayan, 2001-ci il təvəllüdlü Aygün Qubad qızı Qəniyeva yaşadığı evin pəncərəsindən özünü asaraq öldürüb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

Qeyd edək ki, A. Qəniyeva 6 saylı Laçın şəhər orta məktəbinin 9-cu sinfində oxuyurmuş.

Check Also

ABŞ və Türkiyə Qəzzaya humanitar yardımı müzakirə edəcəklər

ABŞ-ın maliyyə nazirinin müavini Brayan Nelson Türkiyəyə səfər edəcək və burada Qəzza zolağına humanitar yardımın …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir