Şənbə , 27 İyul 2024
Drone Cameras

Bakıda “Qlobal və regional arenada Azərbaycanın rolu: reallıqlar və perspektivlər” mövzusunda konfrans keçirilir

Bakıda Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə “Qlobal və regional arenada Azərbaycanın rolu: reallıqlar və perspektivlər” mövzusunda konfrans keçirilir.

“Report” xəbər verir ki, tədbirdə çıxış edən SAM direktoru Fərhad Məmmədov rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə danışıb.

Sonra Prezident Administrasiyasının rəhbərinin müavini Novruz Məmmədov çıxış edərək Azərbaycanın müstəqillik əldə etməsinin əhəmiyyətindən və ölkənin geridə qalmış bu müddətdə keçdiyi yoldan danışıb.

Qeyd edək ki, konfransda Türkiyə, Qazaxıstan, Macarıstan və digər ölkələrin beyin mərkəzlərinin rəhbərləri, eləcə də Azərbaycanda qeydiyyatdan keçmiş xarici ölkələrin səfirləri iştirak edir.

Birgünlük konfrans işini “Qlobal arenada Azərbaycan: nailiyyətlər və çağırışlar”, “Azərbaycan yol ayrıcında: regional miqyas” mövzularında müzakirələrin aparılmasıyla davam etdirəcək.

Check Also

AQC sədri Türkiyə səfiri ilə görüşüb

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, Türk Dövlətləri Qiymətləndiricilər Birlikləri Şurasının Prezidenti Vüqar Oruc Türkiyə Respublikasının Azərbaycan …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir