boyukmillet.com xəbər verir ki, Gənclərin Həmrəhliyinə Dəstək İctimai Birliyinin və Beynəlxalq Diaspor Mərkəzinin təşkilatçılığı ilə “Bir Millət İki Dövlət” şuarı altında Qarabağ Azərbaycan Torpağıdır adlı lahiyə çərçivəsində tədbirlərə start verilib. Türkiyə, Gürcüstan və Azərbaycandan şəxsi motosikletləri 50-dən artıq şəxs tədbirdə iştirak ediblər. Qonaqlar ilk öncə Şəhidlər Xiyabanını, Türk Şəhidliyini və Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər. Tədbirin rəsmi açılış mərasimi Odlar Yurdu Universitetində baş tutub. Mərasimi giriş sözü ilə açan BDM sədri dr.İsmayıl Ağayev Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi hərbi təcavüzdən danışmış, Azərbaycanın iqtisadi sektorunun dünya ictimaiyyətini erməni yalanları haqda daha yaxından mətulamatlandırması üçün durmadan çalışmalı olduğunu qeyd edib. İ.Ağayev çıxışında qardaş Türkiyənin Qarabağ məsələsində prinsipial mövqeyini alqışlayaraq, bunu Azərbaycanın mübarizəsində ciddi dəstək olduğunu qeyd edib. Tədbirdə daha sonra Odlar Yurdu Universitetinin rektoru, professor Əhməd Vəliyev və digərləri də çıxış edərək lahiyənin əhəmiyyətindən danışıblar. Tədbir iştirakçılarının Bakıdan Cocuq Mərcanlıya səfəri planlaşdırılır. Səfər zamanı iştirakçılar Cocuq Mərcanlıda həyata keçirilmiş yenidənqurma və tikinti işləri ilə tanış olacaqlar. Qonaqlara Azərbaycan Ordusunun 2016-cı il Aprel döyüşlərində göstərdiyi qəhrəmanlıq və işğaldan azad olunmuş torpaqlarımızın rəmzinə çevrilən Cocuq Mərcanlı kəndi haqqında geniş məlumat veriləcək. Tədbir iştirakçılarının Azərbaycanın bir sıra rayonlarına ziyarəti də nəzərdə tutulub.