Bazar , 15 Noyabr 2026
Drone Cameras

Bakıda 15 min manatlıq intenet kabeli oğurlanıb

Sabunçu rayonunun Zabrat qəsəbəsi ərazisində şirkətlərdən birinə məxsus 15 000 manat dəyərində optik internet kabeli və 2 ədəd barabanın oğurlanması barədə polisə məlumat daxil olub.

Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuşlar – Ordubad rayon sakini R.Vəliquliyev və Bakı şəhər sakini V.Şərifov müəyyən olunaraq saxlanılıblar.

Araşdırma aparılır.

Check Also

Sabiq nazir oğurladığı pulları meşədə gizlədibmiş

Macarıstanda müstəntiqlər keçmiş milli inkişaf naziri Mikloş Seştakla bağlı cinayət işi çərçivəsində Budapeştdə və ölkənin …