Cümə axşamı , 2 Aprel 2026
Drone Cameras

Bakıda ardıcıl iki yol qəzası baş verib

Bakıda, Heydər Əliyev Beynəlxalq Aeroportuna aparan avtomobil yolunda ardıcıl iki yol qəzası qeydə alınıb.

Bu barədə Bakı Nəqliyyat Agentliyindən bildirilib.

Məlumata görə, qəzalardan biri “Buta Palace” yaxınlığında, zəncirvari formada baş verib. Qəza yolda sıxlığa səbəb olub.

Bundan başqa, “Baku Expo” mərkəzi yaxınlığında “Ford” markalı yük avtomobili aşıb. Bu qəza da yolda sıxlıq yaradıb.

Check Also

Keçən ay sərhəddə yarım tondan çox narkotik vasitə aşkarlanıb

Mart ayı ərzində dövlət sərhədində yarım tondan çox narkotik vasitə aşkarlanıb. Bu barədə Dövlət Sərhəd Xidmətindən …