Bazar ertəsi , 8 Dekabr 2025
Drone Cameras

Bakıda çatışmazlıq aşkarlanan məktəblərin sayı açıqlanıb

“Monitorinqlər nəticəsində ümumtəhsil məktəblərinin 130-da müəyyən çatışmazlıq aşkarlanıb”.

Boyukmillet.com xəbər verir ki, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdir müavini Orxan Kərimov ümumi təhsil müəssisələrinə payız-qış mövsümünə hazırlıqla bağlı təşkil edilən mediatur zamanı deyib.

Müdir müavini bildirib ki, onlardan 30-da çatışmazlıq daha ciddi hesab olunur: “Hazırda həmin problemlərin həll olunması istiqamətində işlər görülür”.

“Həmçinin, məktəbəqədər təhsil müəssisələrinin 190-da da müəyyən çatışmazlıqlar var. Bu istiqamətdə işlər görülür”, – o vurğulayıb.

Check Also

Azərbaycan və Türkiyə arasında təhsil sahəsində protokol imzalanıb

Azərbaycan və Türkiyə arasında təhsil sahəsində əməkdaşlıq protokolu imzalanıb. “Report”un Xankəndinə ezam olunan əməkdaşı xəbər …