Çərşənbə , 2 Aprel 2025
Drone Cameras

Bakıda daha iki nəfərin texniki spirtdən zəhərlənərək öldüyü bildirilir

Son bir neçə gündə Bakıda texniki spirtdən zəhərlənərək ölənlərin sayı iyirmini keçib

Bakıda daha iki nəfərin texniki spirtdən zəhərlənərək öldüyü bildirilir.

Məlumata görə, Xəzər rayon sakini, 1975-ci il təvəllüdlü Dadaş İbrahim oğlu Kərimov və Səbail rayon sakini, 1982-ci il təvəllüdlü Sadiq Əzizxan oğlu Səmədov spirtli içkidən zəhərlənərək ölüb.

Son bir neçə gündə Bakıda texniki spirtdən zəhərlənərək ölənlərin sayı iyirmini keçib.

Hadisənin “Starlyuks” markalı gigiyenik vasitənin qəbulu nəticəsində baş verdiyi bildirilir. Artıq Baş Prokurorluq cinayət işinin istintaqı çərçivəsində (CM-in 314.3-cü maddəsi – iki və daha çox şəxsin ölümünə səbəb olan səhlənkarlıq) “Starlyuks” markalı gigiyenik vasitənin istehsalçısı Səbuhi Xanhüseynovu həbs edib.

Sosial şəbəkələrdə Səbuhi Xanhüseynovun həbsi müzakirələrə səbəb olub. Belə hesab edilir ki, sahibkar gigiyenik vasitə istehsal edib və onun qəbulundan baş verən ölümlərə görə məsuliyyət daşıya bilməz.

Vəkil Aqil Layıc istehlakçı məsuliyyətsizliyinə görə istehsalçının həbsini doğru hesab etmir:

“Zəhərlənərək ölənlər alkoqolizmdən əziyyət çəkiblər. Bu şəxslər gedib gigeyenik, dezinfeksiya və antiseptik məqsədlər üçün istifadə edilən texniki spirti alıb, içiblər və ölüblər. İstintaq da “günah keçisi” olaraq məhsulu qablaşdıranı  məsuliyyətə cəlb edib ki, sən istehlakçıları aldatmısan və onların həyatına qəsd etmisən. Qablaşmaya diqqət edin, içmək olmaz və gigiyenik spirt olması qeydləri var. Sabunçu məhkəməsi (hakim Günel Məmmədova) də qablaşdıranı 3 aylıq həbs edib. Hətta cəngəllik mühakiməsində belə şey mövcud deyil. Məhkəmələrin bu durumu həqiqətən vətəndaş olaraq məni incidir”.

Baş Prokurorluğun məlumatında isə qeyd edilir ki, yoxlanılarkən, gigiyenik vasitənin (spirt) tərkibində insan həyatı və sağlamlığı üçün təhlükəli olan metil spirti aşkar edilib.

Check Also

Salyanda narkotiklərin satışı ilə məşğul olmaqda şübhəli bilinən şəxs həbs edilib

Salyanda narkotiklərin satışı ilə məşğul olmaqda şübhəli bilinən şəxs həbs edilib. DİN-in Mətbuat Xidmətinin Şirvan …