Bazar ertəsi , 28 Aprel 2025
Drone Cameras

Bakıda kriminal avtoritetə hökm oxunub – “Kürd Amo” “Lotu Quli”nin yaxın adamı olub

Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirli bilinən Əhməd Ərəbovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Boyukmillet.com APA-ya istinadla xəbər verir ki, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Ə. Ərəbovun əməli Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda narkotik maddə əldə etmə və satma) maddəsi Cinayət Məcəlləsinin 234.1 (satış məqsədi olmadan narkotik maddə əldə etmə) maddəsinə tövsif edilib və barəsində 2 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.

Qeyd edək ki, Ə. Ərəbov bundan əvvəl dəfələrlə məhkumluq həyatı yaşayıb. O, kriminal aləmdə “Kürd Amo” ləqəbi  ilə tanınıb. 

“Kürd Amo” məhrum “Lotu Quli”nin yaxın adamı olub.

Check Also

Perinatal Mərkəzdə yanğınla bağlı məhkəmədə: Hadisə baş verən otaqdan suyun içində olan 15-ə yaxın körpə çıxarmışıq

Respublika Perinatal Mərkəzində baş verən yanğınla bağlı təqsirləndirilən mərkəzin direktoru vəzifəsində işləmiş Mehriban Abasquliyevanın, sabiq …