Cümə axşamı , 5 Noyabr 2026
Drone Cameras

Bakının bəzi mərkəzi küçələrində avtomobillərin hərəkəti hər gün məhdudlaşdırılacaq

Bakının bir sıra mərkəzi küçələrində avtomobillərin hərəkətinin məhdudlaşdırılması həftənin bütün günlərini əhatə edəcək.

Boyukmillet.com bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

Məlumata görə, mobilliyin artırılması, piyadaların rahatlığının təmin edilməsi və piyada hərəkətinin təşviqi məqsədilə mərkəzi küçələrdə avtomobillərin hərəkətinin məhdudlaşdırılması həftəsonları ilə yanaşı, Nəqliyyatı Əlaqələndirmə Şurasının müvafiq qərarı ilə həftənin bütün günlərini əhatə edəcək.

Dəyişikliklər, Zərifə Əliyeva küçəsinin Rəsul Rza küçəsi ilə kəsişməsindən sonrakı hissəsinə, Əbdülkərim Əlizadə, Hacı Zeynalabdin Tağıyev, Tərlan Əliyarbəyov və Yusif Məmmədəliyev küçələrinə şamil ediləcək.

Bu təşəbbüs piyada zonaları arasında əlaqəliliyin artırılmasına, daha rahat və təhlükəsiz şəhər mühitinin yaradılmasına, şəhər mərkəzinin turizm və biznes potensialının inkişafına xidmət edir.

Fərdi parklanma talonuna malik sakinlərin, operativ, tibbi, kommunal, logistika xidmətləri göstərən nəqliyyat vasitələrinin əraziyə giriş-çıxışı təmin ediləcək.

Yeni qaydalar oktyabrın 5-dən test rejimində tətbiq olunacaq.

Check Also

Müəllimlərin vakant yerlərə seçilməsi topladıqları balların ardıcıllığı üzrə təmin ediləcək

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində vakant və sosial …