Bazar ertəsi , 28 Sentyabr 2026
Drone Cameras

Tanınmış jurnalist Əvəz Zeynallı vəfat etdi

Jurnalist Əvəz Zeynallının vəfat etməsi ilə bağlı xəbərlər yayılıb.

Boyukmillet.com xəbər verir ki, bir gün əvvəl Əvəz Zeynallı öz sosial şəbəkə hesabında bunları yazmışdı:

“Əziz Dostlar, Qardaşlar, Analar, Atalar, uca və Böyük millətim! Bir neçə gündür ki, telefonlara çıxa, səsinizi eşidə, Sizə cavab verə, heç bir şeyə reaksiya göstərə bilmirəm. Ümid edirəm ki, yenidən hər şey yoluna düşər və hər zamankı münasibətlətimiz də yoluna qayıdar. Bu insan selinə və ziyarətimə gələn səmimi insanların böyük sevgilərinə görə, yanımda olan, yazan, kampaniyalar aparan dünyanın hər yerindəki Qardaşlarıma, ziyalılara, dəyərli elm adamlarına – Böyük Xalqımıza dərindən təşəkkür edirəm!

Sizə görə varam və Səni Sevirəm, Azərbaycan!”

Allah rəhmət eləsin!

Check Also

Bakının bəzi mərkəzi küçələrində avtomobillərin hərəkəti hər gün məhdudlaşdırılacaq

Bakının bir sıra mərkəzi küçələrində avtomobillərin hərəkətinin məhdudlaşdırılması həftənin bütün günlərini əhatə edəcək. Boyukmillet.com bu …