Bazar ertəsi , 14 Oktyabr 2024
Drone Cameras

“Belə bir adamın bu cür vəziyyətlə üzləşməsi bizi narahat etməkdədir”

 

Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov Rusiyada həbs olunan jurnalist Fuad Abbasovun həbsi barədə mövqe bildirib. Musavat.com xəbər verir ki, MŞ sədri F.Abbasovun tanınmış jurnalist olduğunu və mövqeyində hər zaman ardıcıllığı ilə fərqləndiyini deyib: “Azərbaycan həqiqətlərinin Rusiya ictimaiyyətinə çatdırılmasında yaxından iştirak edir. Xüsusən də jurnalist kimi Dağlıq Qarabağ məsələsində Azərbaycanın ədalətli mövqeyini qətiyyətlə dəstəkləyir. Belə bir adamın bu cür vəziyyətlə üzləşməsi bizi ciddi şəkildə narahat etməkdədir”.

Ə.Amaşov bildirib ki, F.Abbasovun vəkili Elman Paşayevlə əlaqə saxlayırlar: “Vəkilin bildirdiyinə görə, jurnalistə qarşı fiziki təzyiq də göstərilib. Görünür, jurnalistlə bağlı müəyyən maraqlı qüvvələr var. Bu hal da narahatlıq və təəssüf doğurur. Ümumən durumu Rusiyanın jurnalist təşkilatları ilə də daim müzakirə edirik. Baxmayaraq ki, F.Abbasovun deportasiyası barədə qərar verilib, inanırıq ki, yekunda məsələ ədalətli həllini tapacaqdır”.

 

Check Also

23 il əvvəl Şeyx Şamilin büstünü partladan, hərbi hissəyə hücum edən ömürlük məhkum qardaşlar şikayət verib

Zaqatalada 23 il əvvəl terrorçuluq, qətl, milli zəmində münaqişə yaratmaqda və digər ağır cinayətlər törətməkdə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir