Cümə , 27 Noyabr 2026
Drone Cameras

Benzinin qiymətləri artırılır

Səudiyyə Ərəbistanından sonra Rusiya hökuməti də yanacaq aksizlərini əlavə olaraq artırmaq qərarı alıb. 

Boyukmillet.com “Vedomosti” qəzetinə istinadən xəbər verir ki, bu barədə hökumətin 2018-ci il büdcə görüşmələri zamanı qərar verilib.

Artımın iki mərhələdə həyata keçiriləcəyi və hər dəfə yanacağın litr qiymətinin 0,5 rubl (8,6 sent) artacağı nəzərdə tutulub. Artımın dövlət büdcəsinə 60 mlrd. rubl və ya 1,03 mlrd. ABŞ dolları əlavə gəlir gətirəcəyi gözlənilir. 

Qeyd edək ki, hazırda Rusiyada 92 oktanlı benzinin litrinin qiyməti təxminən 37 rubl (0,64 sent) təşkil edir. Bu da o deməkdir ki, artım təxminən 1,3%-ə bərabər olacaq.

Check Also

Rusiya tərəfi Ukraynaya 250 meyit təhvil verib

Ukraynaya 250 meyit qaytarılıb. Rusiya tərəfinin iddiasına görə, onlar müharibədə həlak olmuş Ukrayna hərbçiləridir. Boyukmillet.com …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir