Cümə axşamı , 12 Dekabr 2024
Drone Cameras

Beynəlxalq Avtovağzal Kompleksi gücləndirilmiş iş rejiminə keçib

Bayram ərəfəsində sərnişin sıxlığı nəzərə alınaraq Bakı Beynəlxalq Avtovağzal Kompleksi dekabrın 25-dən gücləndirilmiş iş rejiminə keçib. Avtovağzal bu rejimdə yanvarın 7-nə kimi fəaliyyət göstərəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə Nəqliyyat Nazirliyi Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Şəfa Mehmanqızı deyib

Sərnişin sıxlığını nəzərə alaraq 200 ehtiyat avtobus ayrılıb. Adi günlərdə 200 reyslə 7-8 min sərnişin daşınması həyata keçirilirdisə, bayram günlərində təxminən 600-700 reyslə 16-18 min sərnişin daşınması gözlənilir.

Ş.Mehmanqızı qeyd edib ki, bayram günləri regionlara səfər edəcək sərnişinlərə biletləri bir neçə gün öncədən almaq tövsiyə olunur. Biletləri kassadan və ya bbak.az saytından onlayn əldə etmək mümkündür. Əlavə suallar və təkliflər yaranarsa Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Qaynar Xətti 012-480-42-86 və Bakı Beynəlxalq Avtovağzalının Qaynar Xətti 012-499-70-38 müraciət etmək olar.

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir