Şənbə , 27 Aprel 2024
Drone Cameras

Beynəlxalq Diaspor Mərkəzi tərəfindən prezidentə təbrik məktubu ünvanlanıb

Dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 55 yaşı tamam olur.
Bu münasibətlə Beynəlxalq Diaspor Mərkəzi (BDM) tərəfindən prezidentə təbrik məktubu ünvanlanıb. Təbrikdə bildirilir:

Möhtərəm Prezident!

Yubileyiniz münasibətilə Beynəlxalq Diaspor Mərkəzi (BDM) adından Sizə ən səmimi arzularımı çatdırıram. Xoş gününüzdə Sizə ölkəmiz və xalqımızın rifahı naminə var qüvvə ilə apardığınız fəaliyyət üçün möhkəm cansağlığı diləyirik.

Sizin bütün həyat yolunuz ölkəmizə fədakarlıqla xidmət etməyin yüksək nümunəsidir. Xalqımızın milli mənafelərinin qorunmasını öz həyat və fəaliyyətinizin əsas məqsədinə çevirmisiniz. Sizin müdrik rəhbərliyiniz altında Azərbaycan böyük inkişaf sürəti nümayiş etdirir, ölkəmizin beynəlxalq nüfuzu gündən-günə artır.

Beynəlxalq Diaspor Mərkəzi olaraq Sizin siyasi müdrikliyinizə və dövlət xadimi istedadınıza inanaraq, həyata keçirdiyiniz fəaliyyətləri daim dəstəkləyirik.

Bir daha Sizi, 55 illik yubileyiniz münasibətilə təbrik edir, Vətənimizin rifahı naminə böyük işlər həyata keçirmək üçün tükənməz enerji və möhkəm cansağlığı arzulayırıq.

 

Hörmətlə,

Beynəlxalq Diaspor Mərkəzinin

İdarə Heyəti adından sədr İsmayıl Ağayev

Check Also

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətində minaya düşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir