Cümə , 17 Aprel 2026
Drone Cameras

Biləsuvarda şəhidlərin xatirəsinə ucaldılan abidənin açılışı olub

Biləsuvar rayonunun Çaylı kəndində şəhidlərin xatirəsinə ucaldılan abidə kompleksinin açılışı olub.

“Report”un Muğan bürosunun məlumatına görə, tədbirdə müharibə əlilləri, veteranlar, şəhid ailələrinin üzvləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.

Tədbirdə çıxış edənlər şəhidlərin keçdiyi döyüş yolundan söhbət açıblar.

Həmçinin şəhidlərin məzarları ziyarət edilib.

Qeyd edək ki, Biləsuvar rayonunun Çaylı kəndi Vətən müharibəsində 7 şəhid verib.

Check Also

Prezident qanun imzaldı

“Uşaq hüquqları haqqında” yeni qanunun layihəsindən irəli gələrək hazırlanan digər məcəllə və qanunlarda dəyişikliklər təsdiqlənib. …