“Microsoft”un qurucusu Bill Qeyts xeyriyyə fondunun əməkdaşları qarşısında amerikalı maliyyəçi Ceffri Epşteyn ilə əlaqələrinə görə üzr istəyib.
Milyarder fondun ümumi toplantısı zamanı şəxsi həyatı ilə bağlı da açıqlamalar verib.
O, həyat yoldaşına xəyanət etdiyini etiraf edərək, rus qadınlarla münasibətlər yaşadığını bildirib.
Boyukmillet.com xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.
Qeyts qeyd edib ki, 2011-2014-cü illərdə Epşteynlə görüşüb, onun şəxsi təyyarəsi ilə uçub, ABŞ və Avropada keçirilən görüşlərdə iştirak edib. Bununla belə, o, “heç bir qanunsuz hərəkət etmədiyini” və Epşteynin qurbanları ilə heç vaxt ünsiyyətdə olmadığını vurğulayıb.
“Rusiyadan olan bir oyunçu ilə… həmçinin iş vasitəsilə tanış olduğum rusiyalı nüvə fizikası üzrə mütəxəssislə münasibətim olub”, – deyə nəşr Qeytsin sözlərindən sitat gətirir.
Bill Qeyts bildirib ki, adı çəkilən qadınların Epşteynin qurbanları ilə heç bir əlaqəsi olmayıb. O, həmçinin Epşteynin cinayətləri ilə heç bir bağlılığının olmadığını və onun ətrafındakı qadınlarla vaxt keçirmədiyini deyib.
Boyukmillet.com Biz yanmasaq vətən yanar
