Şənbə , 18 May 2024
Drone Cameras

“Bir millət, iki dövlət. Zəfər paradı” poçt markası dövriyyəyə buraxılıb

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “Azərmarka” MMC ötən gün Bakıda keçirilmiş qələbə paradı münasibətilə “Bir millət, iki dövlət. Zəfər paradı” adlı poçt markasını və Birinci gün zərflərini hazırlayaraq dövriyyəyə buraxıb.

Bu barədə nazirlikdən bildirilib.

Məlumata görə, layihənin süjeti Azərbaycan-Türkiyə qardaşlığına, 44 günlük müharibə dövründə Türkiyənin Azərbaycana verdiyi mənəvi dəstəyə həsr olunub.

Markalar 100 min tirajla çap olunub. Həmçinin, 500 ədəd Birinci gün zərfi də hazırlanıb.

Xatırladaq ki, dekabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan zərfləri “Birinci gün” möhürü ilə möhürləyiblər.

Check Also

Taksilərlə bağlı reyd keçirilib: “Sürücü az qalır böyrəyində daş olmadığı barədə də arayış təqdim etsin”

İqtisadçılar qərarları tənqid edir Bakıda taksi sürücülərinə qarşı reyd keçirib. Reydi Bakı Şəhər Dövlət Yol …