Drone Cameras

Moldova mətbuatı: Azərbaycan işğal altındakı torpaqları azad etməklə istədiyinə nail olub

Azərbaycanın Vətən müharibəsində qələbəsinə həsr olunan Zəfər paradına dair məlumatlar Moldova mətbuatında geniş işıqlandırılıb.

Bu barədə Boyukmillet.com Azərbaycanın Moldovadakı səfirliyindən məlumat verilib.

Xəbərlər həm rus və rumın dillərində yayılıb.

Moldovanın nüfuzlu “Tribuna”, “Noi”, “İPN”, “Newsmaker”, “AVA” “Stiri” və “Deschide” xəbər agentliklərinin rəsmi internet səhifələrində yayımlanan məlumatlarda müharibədə şəhid olan azərbaycanlıların sayı qədər – 2783 türk əsgərinin və Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak etdiyi, Azərbaycan və türk əsgərlərinin həm müasir hərbi geyimlərdə, həm də simvolik olaraq Qafqaz İslam Ordusunun hərbi formasında xalqların qardaşlığını və əbədi birliyini əks etdirən ortaq yürüş etdiyi qeyd edilib, paradda Azərbaycanın müasir hərbi texnikası, ordumuzun məğlub etdiyi düşməndən ələ keçirilmiş qənimətin bir hissəsinin nümayiş olunduğu bildirilib.

Eyni zamanda, məlumatda Prezident İlham Əliyevin Zəfər paradında söylədiyi nitqinə istinad edilərək Qarabağda işğal altındakı torpaqları azad etməklə Azərbaycanın istəyinə nail olduğu və tarixi ədaləti bərpa etdiyi vurğulanıb, Azərbaycanın erməni faşizmindən qurtulduğu, Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxın davam edən işğal siyasətinə son qoymağı hədəf alan 44 günlük Vətən müharibəsində Azərbaycan xalqının bir daha Türkiyənin güclü və birmənalı dəstəyinin şahidi olduğu bildirilib.

Bundan əlavə, yayımlanmış məlumatda Türkiyə Prezidentinin Azərbaycanı müharibədəki Qələbə münasibətilə təbrik etdiyi, Zəfər paradına dəvətə görə təşəkkür etdiyi, müharibədə canından keçmiş şəhidlərə rəhmət, yaralı əsgərlərə şəfa dilədiyi qeyd edilib, azad edilmiş bütün şəhər və kəndlərin yerlə yeksan edildiyi, bəzilərində Azərbaycan Bayrağını sancmağa yer olmadığı, buna görə Ermənistanın cavab verəcəyi və hərbi, habelə diplomatik sahədə Azərbaycanın uğur qazanmasında ən böyük xidmətin Prezident İlham Əliyevə məxsus olduğu fikirləri yer alıb.

Check Also

Azad edilmiş ərazilərdə daha bir kütləvi məzarlıq aşkarlanıb

İşğaldan azad edilən Xocavənd rayonunun Edilli kəndində daha bir kütləvi məzarlıq aşkar edilib. Boyukmillet.com xəbər …