Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi “Instagram” səhifəsində etdiyi paylaşımda autizm sindromlu uşaqlara 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə təbriklərinə görə minnətdarlığını bildirib.
Paylaşımda deyilir: “Beynəlxalq Qadınlar Günü münasibətilə autizm sindromlu uşaqlar tərəfindən sevgi ilə hazırlanmış videoçarx mənə xoş, isti, işıqlı duyğular yaşatdı. Bu uşaqların simasında mənə bayram təbriklərini çatdıran bütün balaca soydaşlarımızı bağrıma basıram, hər birinə möhkəm cansağlığı, uzun ömür, xoşbəxt gələcək arzulayıram!”.
Check Also
İran yenə Nizami Gəncəvini “özününküləşdirdi”
Dahi şairlə bağlı həqiqəti bilərəkdən təhrif etmək mədəni irsimizə qarşı yönəlmiş ideoloji kampaniyanın tərkib hissəsidir …


Boyukmillet.com Biz yanmasaq vətən yanar
