Çərşənbə axşamı , 27 Oktyabr 2026
Drone Cameras

BMT-nin Baş katibi İranın XİN rəhbərilə nüvə sazişinin bərpasını müzakirə edib

BMT-nin Baş katibi Antoniu Quterreşlə İranın xarici işlər naziri Hüseyn Əmir Əmirabdullahian arasında telefon danışığı baş tutub.

Boyukmillet.com xəbər verir ki, bunu BMT Baş katibinin sözçüsü Stefan Dujarrik keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, tərəflər İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planının (JCPOA) yenidən bərpası yollarını müzakirə ediblər:

“BMT Baş katibinin mövqeyi ondan ibarətdir ki, bütün tərəflər sazişin bərpası üçün çalışırlar. Biz çox ümid edirik ki, bütün tərəfləri razılığa gələcəklər”.

Check Also

Ermənistana keçən azərbaycanlı çoban geri qaytarılıb

Yolu azaraq Ermənistan ərazisinə keçən azərbaycanlı çoban Yaşar Əli oğlu Qasımov Azərbaycana qaytarılıb. Boyukmillet.com xəbər …