Bazar , 25 Oktyabr 2026
Drone Cameras

BNA rəsmisi və ailəsi koronavirusa yoluxdu

Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev koronavirusa yoluxub.

Boyukmillet.com xəbər verir ki, bu barədə BNA rəsmisi özü “Facebook”da bildirib.

“Bir neçə gün davam edən halsızlıq, hərarət əlamətləri ilə təcili tibbi yardıma müraciət etdim və mən, həyat yoldaşım, eyni zamanda oğlumun koronavirus testi nəticələri pozitiv çıxdı. Amma əhvalımız da pozitivdir. Düşünürük ki, biz virusa qalib gələcəyik. Mən inanıram ki, biz virusa qalib gələcəyik. Çünki dövlət sağlamlığımızın qorunması baxımından çox mühüm tədbirlər həyata keçirir. Bütün zəruri tədbirlər görülür ki, koronavirus təhlükəsindən ən az itkilərlə çıxa bilək”, – deyə o bildirib. 

Check Also

Elmar Məmmədyarovun bağı ilə bağlı QALMAQAL

Keçmiş Xarici İşlər naziri Elmar Məmmədyarovun Mərdəkanda yerləşən 0.24 hektarlıq bağ sahəsilə əlaqədar qalmaqal yaranıb. …