Cümə , 19 Aprel 2024
Drone Cameras

Kür qoruyur: Ekoloji fəlakət hər gün böyüyür

VHP Mərkəzi İcra Aparatının rəhbəri, ictimai fəal Samir Əsədli Salyan rayonunda qarşılaşdığı bir fakta- Kür çayının azalmasına diqqət çəkib.

Boyukmillet.com xəbər verir ki, Samir Əsədli Kür çayının suyunun azaldığını və nəticədə çayda kiçik adalar yarandığını deyib:

“Ölkə yeni bir təbii fəlakət astanasındadır. Kür çayında suyun səviyyəsi azalmaqda davam edir, bunun nəticəsində Xəzərin duzlu suyu Kürə axır və bu duzlu su getdikcə irəlləməkdədir. Artıq 30 km-dən artıq məsafədə Kürün suyu duzlaşıb. Problem Neftçala rayon hüdudlarını aşmaqdadır. Kənd təsərrüfatı, əkin sahələri məhv olur. İnsanlar uzun su növbələrində, heyvanlar və quşlar su tapmır içməyə. İri buynuzlu heyvanlar suzuzluqdan ölürlər. Kürün quruması təkcə Neftçala üçün yox, ölkə üçün ciddi problemə çevrilir. Hələ ki, ciddi nəticə yoxdur. Ekoloji fəlakət hər gün böyüyür”.

Check Also

Etibarnamə ilə torpaq alqı-satqısı edənlərə XƏBƏRDARLIQ – VİDEO

Bəzi vətəndaşlar gələcək riskləri nəzərə almadan etibarnamə yolu ilə torpaq alaraq ev inşa etdirirlər. Əmlak …