Bazar ertəsi , 5 Oktyabr 2026
Drone Cameras

Böyük Qayıdış: Füzuli şəhərinə daha 30 ailə yola salınıb

Respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı yanvarın 24-də Bakı şəhərinin Qaradağ rayonundan Füzuli şəhərinə yola salınıb.

Boyukmillet.com xəbər verir ki, bu mərhələdə Füzuli şəhərinə daha 30 ailə – 125 nəfər köçürülüb.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb.

Check Also

Kəmaləddin Heydərov nazirlikdə böyük dəyişiklik etdi

Fövqəladə Hallar Nazirliyinin (FHN) Aparatında bir sıra struktur dəyişiklikləri həyata keçirilib. Boyukmillet.com Qaynarinfo-ya istinadla bildirir …