Çərşənbə , 24 Aprel 2024
Drone Cameras

Bu günədək xidməti vəzifələrini yerinə yetirərkən ölən və yaralanan daxili işlər orqanları əməkdaşlarının sayı açıqlanıb

Bu günədək xidməti vəzifələrini yerinə yetirərkən ölən və yaralanan daxili işlər orqanları əməkdaşlarının sayı açıqlanıb.

Boyukmillet.com xəbər verir ki, daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov Azərbaycan Polisi Gününə və 2021-2022-ci tədris ilinin buraxılışına həsr olunan tədbirdə çıxışı zamanı Birinci Qarabağ müharibəsində torpaqlarımızın müdafiəsi üçün döyüşlərə atılan polisin öz missiyasını mərdliklə yerinə yetirdiyini, müstəqilliyin yenicə bərpa edildiyi illərdə ölkəmizdə hökm sürən anarxiyanın ağır nəticələrinin aradan qaldırılmasında, respublikada daxili sabitliyin təmin edilməsində və hüquq qaydasının möhkəmləndirilməsində önəmli xidmətlər göstərdiyini diqqətə çatdırıb.

Nazir bildirib ki, indiyədək qanunla müəyyən edilmiş vəzifələri yerinə yetirərkən daxili işlər orqanlarının və Daxili Qoşunların 114 əməkdaşı və hərbi qulluqçusu həlak olub, 2792 nəfər xəsarət alıb.

Check Also

Bakıda əmisini ov tüfəngi ilə öldürməkdə təqsirləndirilən şəxsə hökm oxunub

Bakıda əmisini ov tüfəngi ilə öldürməkdə təqsirləndirilən Elməddin Fətəliyevin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. …