Cümə , 27 Noyabr 2026
Drone Cameras

Cəlilabadda 18 kiloqramdan çox narkotik vasitə aşkarlanıb

Cəlilabad rayonunda 18 kiloqramdan artıq narkotik vasitə aşkar edilib.

“Report”un Muğan bürosunun məlumatına görə, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən əməliyyat keçirilib.

Tədbirlərlə saxlanılan 25 yaşlı İskəndər Dadaşovdan ümumilikdə 18 kiloqramdan artıq narkotik vasitə götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib, araşdırma aparılır.

Check Also

Ermənistanda saxlanılan Azərbaycan hərbçisi Nəsimi Musayevin həbs müddəti daha 3 ay uzadılıb

Ermənistanın Sünik vilayətinin ümumi yurisdiksiya məhkəməsi Azərbaycan Ordusunun hərbçisi Nəsimi Musayevin həbs müddətini daha 3 …