Şənbə , 23 Noyabr 2024
Drone Cameras

CAS-ın azərbaycanlı məşqçi ilə bağlı qərar verəcəyi tarix müəyyənləşib

“Sumqayıt”ın sabiq məşqçisi Elnur Çodarovun Beynəlxalq İdman Arbitaj Məhkəməsində (CAS) işinə baxılacaq tarix müəyyənləşib.

Boyukmillet.com xəbər verir ki, CAS mütəxəssisin “Sumqayıt” barədə şikayətində haqlı olub-olmadığına fevralın 9-da qərar verəcək.

Çodarov 2021-ci ilin dekabrında istefaya göndərilən məşqçilər korpusunda yer alıb. Onun “gənclik şəhəri” təmsilçisi ilə müqaviləsi davam etməsinə baxmayaraq, rəhbərlik birtərəfli şəkildə sözləşməyə xitam verib.

42 yaşlı məşqçi 4 aylıq maaşının ödənilmədiyi iddiası ilə AFFA-nın Oyunçuların Statusu və Transferi Komitəsinə müraciət edib, adıçəkilən qurum 2022-ci il martın 17-də onu haqlı sayıb. Lakin bununla razılaşmayan “Sumqayıt”ın şikayəti bir ay sonra AFFA-nın Apellyasiya Arbitraj Tribunalı tərəfindən təmin olunub. Qərarla barışmayan Çodarov isə CAS-a müraciət edib.

Qeyd edək ki, Elnur Çodarov hazırda “Turan Tovuz”da baş məşqçi Ayxan Abbasovun köməkçisidir.

Check Also

17 yaşlı futbolçu Neymarın rekordunu qırıb

Braziliyanın “Palmeyras” klubunun futbolçusu Estevao Villian Neymarın rekordunu qırıb. Boyukmillet.com xəbər verir ki, 17 yaşlı …