Bazar , 13 Aprel 2025

Biznes

Türkiyədən Azərbaycana idxal olunan malların bahalaşmasının səbəbi açıqlanıb

Türkiyədən Azərbaycana idxal olunan mallarının dəyərinin yuxarı olması həmin malların burda da bahalaşmasına səbəb olub. Boyukmillet.com xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Elnur Əliyev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deyib. “Ötən il Türkiyə ilə 5,8 milyard ABŞ dollarlıq ticarət dövriyyəmizin 2,3 milyard ABŞ dollarlıq hissəsi Türkiyədən Azərbaycana idxal edilmiş məhsullar üzrə olub. Bu məhsulların çoxu əczaçılıq, …

Read More »

Azərbaycan Rusiyanın daha 23 müəssisəsinə ixrac hüququ verib

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Rusiyanın heyvandarlıq məhsullarının, yem və yem əlavələrinin istehsalı və saxlanılması üzrə ixtisaslaşmış 23 müəssisəsinə ölkəyə ixrac hüququ verib. Boyukmillet.com  bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinə (“Rosselxoznadzor”) istinadən xəbər verir. Məlumata görə, hazırda Rusiyanın 1 100 müəssisəsinin Azərbaycan bazarına çıxış hüququ var.

Read More »

Azərbaycan və Rusiya şirkətləri avtomobil istehsalında əməkdaşlıq edəcəklər

İqtisadiyyat Nazirliyinin İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Hacıqabul Sənaye Məhəlləsinin rezidenti “Azərmaş” MMC və Rusiyanın “Sollers” şirkəti avtomobil istehsalı sahəsində əməkdaşlıq edəcək. Boyukmillet.com xəbər verir ki, Rusiyanın Tatarıstan bölgəsinin paytaxtı Kazanda keçirilən “Rusiya-İslam Dünyası: KazanForum” Beynəlxalq İqtisadi Forumu çərçivəsində tərəflər arasında əməkdaşlıq memorandumu imzalanıb. Sənəd Rusiyadan gətirilən komponentlərdən (ehtiyat hissələrindən) istifadə etməklə “Azərmaş”ın müəssisələrində “Sollers” markalı yüngül kommersiya avtomobillərinin …

Read More »

“Allianz” sığorta şirkəti Rusiyadakı aktivlərini satıb

Almaniyanın “Allianz” sığorta şirkəti Rusiyadakı aktivlərinin satışını başa çatdırıb. Hazırda onlar yerli “İnterxoldinq” firmasına məxsusdur. Boyukmillet.com xəbər verir ki, bu barədə sığorta şirkətinin nümayəndəsi bildirib. Uzun bir razılaşdırma prosesindən sonra “Allianz” Rusiya portfelinə tam nəzarəti “Zetta Insurance Group”a satıb. Qeyd edək ki, “Allianz” noyabr ayında müqavilənin Rusiya tənzimləyiciləri tərəfindən gecikdirildiyini açıqlamışdı. Xatırladaq ki, “Allianz” Rusiya Ukraynanı işğal etdikdən qısa müddət …

Read More »

Azərbaycanda bir sıra vergi bəyannamələrinin tərtib olunması qaydaları təsdiqlənib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Məcəlləsinə əlavə və dəyişikliklərlə əlaqədar bəzi bəyannamə formalarını, həmin bəyannamələrə əlavələrin formalarını və tərtib olunması qaydalarında müvafiq dəyişiklikləri təsdiq edilib. Boyukmillet.com quruma istinadən xəbər verir ki, yeni bəyannamə formaları aşağıdakılardır: “Əlavə dəyər vergisinin bəyannaməsinə Əlavə №5”in forması və onun tərtib edilməsi Qaydası;“Mənfəət vergisinin bəyannaməsinə Əlavə №5”in forması və onun və tərtib edilməsi Qaydası;“Gəlir …

Read More »

Nazir: “Qarşımızda əsas məsələ işğaldan azad edilmiş ərazilərin bərpasıdır”

Yaxın gələcəkdə qarşımızda duran əsas məsələ – işğaldan azad edilmiş ərazilərimizin bərpası ilə bağlıdır. Boyukmillet.com xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda “Heydər Əliyev və Azərbaycanda müstəqil dövlət quruculuğu: sosial-iqtisadi keçidin tarixi və müasirliyi” mövzusunda keçirilən konfransda bildirib. “Bu proses soydaşlarımızın əzəli torpaqlarımıza Böyük qayıdışı ilə üst-üstə düşür. Sahibkarlara və investorlara Qarabağda biznes qurmaqda dövlət tərəfindən zəruri dəstək …

Read More »

Şərqi Zəngəzur Gömrük İdarəsi yaradılıb

Prezident İlham Əliyev 4 iyun 2012-ci il fərmanı ilə təsdiq edilmiş “Dövlət Gömrük Komitəsinin strukturu”nda dəyişiklik edib. Boyukmillet.com xəbər verir ki, bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb. Fərmana əsasən, Bakı, Sumqayıt, Naxçıvan, Şimal, Cənub və Qərb gömrük idarələri ləğv olunub, onların əvəzinə Bakı Baş Gömrük İdarəsi, Naxçıvan Baş Gömrük İdarəsi, Astara Gömrük İdarəsi, Balakən Gömrük İdarəsi, Biləsuvar Gömrük İdarəsi, …

Read More »

Tarif Şurasının iclası keçirilib, 95 dərmanın qiyməti təsdiqlənib

Mayın 3-də Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib, 95 dərmanın qiyməti təsdiqlənib. Boyukmillet.com xəbər verir ki, iclasda yeni dövlət qeydiyyatına alınan 95 dərman vasitəsinin qiyməti təsdiq edilib və etibarlı təchizatın təmin olunması məqsədilə Səhiyyə Nazirliyindən müvafiq rəy alınmış 47 dərman vasitəsinin qiymətində Nazirlər Kabinetinin 2015-ci il 3 iyun tarixli 209 nömrəli Qərarı ilə təsdiq edilmiş Qaydalara və Tarif (qiymət) Şurasının …

Read More »

Belqradda Serbiya-Azərbaycan biznes forumu keçirilib

Belqradda İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) təşkilatçılığı ilə Serbiya-Azərbaycan biznes forumu keçirilib. Boyukmillet.com xəbər verir ki, tədbirdə hər iki ölkədən rəsmi şəxslərlə yanaşı, sənaye, tikinti, turizm, təhsil, İKT, kənd təsərrüfatı və əczaçılıq sahələrini təmsil edən şirkət nümayəndələri iştirak edib. AZPROMO, İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və İqtisadi Zonaların İnkişafı Agentliyinin nümayəndələri iki ölkənin aidiyyəti …

Read More »

Obyekt icarəyə verilir

Əhmədli metrosunun yaxınlığında MADO ilə üzbə-üz obyekt icarəyə verilir. Obyektin sahəsi 75 kvadrat metrdir. Obyektin anbarı var və sahəsi 50 kvadrat metrdir. Ümumilikdə sahəsi 125 kvadrat metrdir. Sənədli, tam təmirlidir. İstənilən istiqamət üzrə istifadə etmək olar. İcarə haqqı 2500 manatdır. Əlaqə telefonu: 055-324-39-06.

Read More »