Çərşənbə axşamı , 14 Yanvar 2025

Biznes

Azərbaycan-Tacikistan Hökumətlərarası Komissiyasının həmsədri dəyişib

Prezident İlham Əliyev “Azərbaycan Respublikası və Tacikistan Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq məsələləri üzrə birgə Hökumətlərarası komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında” 7 fevral 2008-ci il tarixli sərəncamında dəyişiklik edib. Boyukmillet.com xəbər verir ki, dövlət başçısı bununla bağlı yeni sərəncam imzalayıb. Sərəncama əsasən, Komissiyanın həmsədri vəzifəsi kənd təsərrüfatı nazirindən alınaraq ekologiya və təbii sərvətlər nazirinə verilib.

Read More »

Bu il Azərbaycan ən çox qeyri-neft məhsullarını Türkiyə və Rusiyaya ixrac edib

Bu ilin fevral ayında Azərbaycanın qeyri-neft sektoruna aid ən çox mal ixrac edilən ölkələrin siyahısında Türkiyə (167,2 milyon ABŞ dolları) birinciliyə yüksəlib. Boyukmillet.com xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin hazırladığı “İxrac icmalı”nın mart sayında bildirilir. Bu siyahıda Rusiya Federasiyası (69,6 milyon ABŞ dolları) ikinci, Gürcüstan isə (40,3 milyon ABŞ dolları) üçüncü yerdə qərarlaşıb. 2023-cü ilin fevral ayının qeyri-neft ixracı 366,9 milyon ABŞ …

Read More »

Azərbaycan-Səudiyyə Ərəbistanı Birgə İşgüzar Şurasının ilk iclası keçiriləcək

Yaxın vaxtlarda Ər-Riyadda Azərbaycan-Səudiyyə Ərəbistanı Birgə İşgüzar Şurasının ilk iclasının keçirilməsi gözlənilir. Boyukmillet.com xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyinin Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədovla Səudiyyə Ərəbistanının İnvestisiya Nazirliyinin Beynəlxalq əlaqələr üzrə nazir müavini Məhəmməd Əl-Hasnah arasında keçirilən onlayn görüşdə qeyd edilib. Görüşdə Azərbaycan-Səudiyyə Ərəbistanı İşçi Qrupu çərçivəsində əməkdaşlığın inkişafına, KOBİA nümayəndələrinin və …

Read More »

Azərbaycanda uyğunluq sertifikatlarının qanunsuz verilməsi halları aşkarlanıb

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin apardığı araşdırmalar nəticəsində sertifikatlaşdırma fəaliyyəti ilə məşğul olan bir sıra qurumların uyğunluq sertifikatlarını qanunsuz verməsi halları aşkar olunub. Boyukmillet.com xəbər verir ki, malın (xidmətin, işin) sertifikatlaşdırılması fəaliyyətini həyata keçirən “Azunisert” MMC-in müxtəlif təsərrüfat subyektlərinə verdiyi 26 sayda, “Aqrosert” MMC-nin verdiyi 4 sayda, “Az-Quality Cert” MMC-nin verdiyi 10 sayda və “Certus” MMC-nin verdiyi 11 sayda uyğunluq sertifikatında akkreditasiya sahəsindən …

Read More »

Azərbaycana yaşı 10 ildən çox olan minik avtomobillərinin gətirilməsi dayandırılır

Nazirlər Kabineti istismar olunan minik avtomobillərinin Azərbaycanın gömrük ərazisinə gətirilməsinin məhdudlaşdırılması haqqında qərar qəbul edib. Boyukmillet.com xəbər verir ki, bununla bağlı qərarı Baş Nazir Əli Əsədov imzalayıb. Qərara əsasən, zavod buraxılış tarixinə görə yaşı 10 ildən çox olan minik avtomobillərinin (raritet minik avtomobilləri və gömrük ərazisinə müvəqqəti gətirilən minik avtomobilləri istisna olmaqla) Azərbaycan ərazisinə gətirilməsi məhdudlaşdırılacaq. Bu qərar dərc edildiyi gündən …

Read More »

Azərbaycan BMT-nin İnkişaf Proqramı ilə əməkdaşlıq istiqamətlərini müzakirə edib

Azərbaycanın BMT-nin İnkişaf Proqramı ilə müxtəlif istiqamətlər üzrə əməkdaşlıq məsələləri müzakirə olunub. Boyukmillet.com xəbər verir ki, müzakirələr iqtisadiyyat nazirinin müavini Sahib Məmmədovun BMT-nin İnkişaf Proqramının Azərbaycan üzrə rezident nümayəndəsinin səlahiyyətlərini icra edən Nuno Quiros ilə keçirilən görüşdə aparılıb. S. Məmmədov ölkəmizin inkişaf hədəflərinə çatmaq üçün BMT və onun ixtisaslaşmış qurumları ilə səmərəli əməkdaşlığın əhəmiyyətini vurğulayıb. Qeyd edilib ki, BMT və Azərbaycan …

Read More »

Azərbaycan İspaniya ilə potensial əməkdaşlıq üçün 4 istiqamət müəyyənləşdirib

Azərbaycan “yaşıl enerji”, kənd təsərrüfatı, turizm, su idarəçiliyi kimi sahələrdə İspaniya təcrübəsindən yararlana bilər. Boyukmillet.com xəbər verir ki, bu barədə İspaniyada səfərdə olan Azərbaycan nümayəndə heyəti ilə İspaniya Ticarət Palatası arasında keçirilən sahibkarların görüşündə qeyd edilib. Görüşdə iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev işğaldan azad olunmuş ərazilərdə və sənaye parklarında yaradılan investisiya imkanları barədə məlumat verib. “Yaşıl enerji”, kənd təsərrüfatı, …

Read More »

Stokholmda Azərbaycan və İsveç şirkətlərinin iştirakı ilə seminar keçirilib

Stokholmda Azərbaycan və İsveç şirkətlərinin iştirakı ilə seminar keçirilib. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycanın İsveçdəki səfiri Zaur Əhmədov tvitter səhifəsində yazıb. Biznes seminarın iştirakçıları Ələt Azad İqtisadi Zonasının üstünlüklərinə diqqət yetirməklə əməkdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər. Tədbir İsveçin Avrasiya üzrə Ticarət Palatası ilə əməkdaşlıq çərçivəsində Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) tərəfindən təşkil olunub. On the occasion …

Read More »

BMT Türkiyənin bu layihəsi ilə bağlı qərar verdi: Artıq bütün dünyada qeyd olunur – FOTO

Ötən il Türkiyə iqlim dəyişikliyi ilə mübarizə və davamlı inkişaf planları yaratmaq üçün Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasına təklif təqdim edib. BMT Baş Assambleyasının aldığı qərara əsasən 30 Mart, artıq bütün dünyada Beynəlxalq Sıfır Tullantı Günü kimi qeyd olunur. BMT Baş Assambleyası Türkiyənin  əsas server, digər 105 ölkənin isə ortaq serverolduğu Beynəlxalq Sıfır Tullantı Günü elan edib. Boyukmillet.com xəbər verir ki, Türkiyə Sıfır Tullantı layihəsi …

Read More »