2021-ci ildə Azərbaycanda dövlət vəsaitləri hesabına 6 011 740 min manat məbləğində 12 129 satınalma proseduru keçirilib. Boyukmillet.com bu barədə dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir. Məlumata görə, 2020-ci illə müqayisədə dövlət satınalmalarının ümumi məbləği 555 470 min manat və yaxud 8,5 % azalıb, satınalma prosedurlarının sayı isə 2 926 vahid və yaxud 31,8 % artıb. Hesabat dövründə müsabiqə əsasında keçirilmiş satınalmalar zamanı ehtimal olunan qiymətlə (2 994 549 min manat) …
Read More »Polşanın “LOT” aviaşirkəti Varşavadan Bakıya birbaşa reyslərə başlayacaq
Polşanın “LOT” aviaşirkəti may ayından etibarən Varşava-Bakı istiqamətində birbaşa reyslərə başlayacaq. “Report” AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə məlumat aviaşirkətin sosial şəbəkələrdəki hesablarında yayılıb. Qeyd edilib ki, Bakı şəhəri aviaşirkətin uçuş şəbəkəsindəki növbəti şəhər olacaq. Varşava Şopen Beynəlxalq Aeroportundan Bakıya uçuşlar həftədə dörd dəfə (çərşənbə axşamı, çərşənbə, cümə və şənbə günləri) həyata keçiriləcək. İlk uçuş mayın 27-də baş tutacaq. …
Read More »Azərbaycan fevralda Türkiyədən 24 milyon dollarlıq elektronika məhsulu alıb
Bu ilin fevral ayında Azərbaycan Türkiyədən 24,1 milyon ABŞ dolları dəyərində elektronika məhsulları idxal edib. Boyukmillet.com “Report”a istinadən xəbər verir ki, bu barədə Türkiyə İxracatçılar Məclisinin (TİM) məlumat yayıb. Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,2 dəfə çoxdur. Ötən ay Türkiyənin ümumi elektronika məhsulları ixracının dəyəri isə 1 177 milyon dollar təşkil edib ki, bu da 1 …
Read More »“Coca-Cola” və “Pepsi” Rusiyada içkilərin satışını dayandırır
Amerikanın alkoqolsuz içkilər istehsalçısı “The Coca-Cola Company” şirkəti Rusiyadakı fəaliyyətini dayandıracaq. “Boyukmillet.com”un məlumatına görə, bu barədə şirkətin saytında yerləşdirilən açıqlamada deyilir. “Starbucks” qəhvə evləri şəbəkəsi də Ukrayna ətrafında baş verən hadisələrlə əlaqədar Rusiya ərazisində fəaliyyətini dayandırır. Bu barədə şirkətin baş direktoru Kevin Consonun şirkətin saytında dərc olunmuş bəyanatında deyilir. “PepsiCo” da Rusiyada içkilərin satışını dayandırır, lakin uşaq qidası da daxil …
Read More »Aİ Rusiyanın 7 bankını SWIFT-dən ayırır
Avropa İttifaqının (Aİ) daimi nümayəndələri Rusiyanın SWIFT qlobal ödəniş sistemindən ayrılacaq yeddi bankının siyahısını təsdiqləyiblər. Bu barədə “Report” “Bloomberg”ə istinadən xəbər verir. Qeyd edilir ki, onların arasında VTB, VEB kimi banklar da var. “Avropa İttifaqının daimi nümayəndələri Rusiyanın yeddi bankını SWIFT maliyyə sistemindən ayırmağı razılaşdırıblar”, – agentlik qeyd edib. Agentliyin məlumatına görə, Aİ həmçinin “Sovkombank”, “Rossiya” və “Otkritie”, “Novikombank”ı da SWIFT-dən ayırmağa …
Read More »“Ford” Rusiyadakı fəaliyyətini dayandırır
Amerikanın “Ford” korporasiyası Ukrayna hadisələri ilə əlaqədar Rusiyadakı fəaliyyətini dayandırır. “Report” xəbər verir ki, müvafiq bəyanat çərşənbə axşamı şirkətin saytında dərc olunub. “Mövcud vəziyyətlə əlaqədar olaraq bu gün birgə müəssisə tərəfdaşlarımıza bildirdik ki, Rusiyadakı fəaliyyətimizi bundan sonra növbəti bildirişə qədər dayandırırıq”, – mətndə deyilir. Eyni zamanda, bəyanatda qeyd olunur ki, “Ford” bir neçə ildir Rusiyada işləri azaldır. “Bizim fəaliyyətimiz kommersiya furqonlarının istehsalı …
Read More »Dövlət Xidməti: “Elektron satınalmalarda bu il böyük artım gözləyirik”
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və istehlak bazarına nəzarət Dövlət Xidməti bu il elektron dövlət satınalmalarında böyük artım gözləyir. Boyukmillet.com xəbər verir ki, bu barədə qurumun rəisi Məmməd Abbasbəyli ötən ilin yekunlarına həsr olunmuş mətbuat konfransında məlumat verib. “Ötən il satınalmalarda iştirak haqları kəskin azaldılıb və Nazirlər Kabineti bunu reqlamentləşdirib”, – deyə o, əlavə edib. Bundan başqa, M.Abbasbəyli deyib ki, dövlət satınalmaları …
Read More »Bir sıra bəyannamə, onların əlavələrinin forma və tərtib olunma qaydaları təsdiq edilib
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Məcəlləsinə edilmiş əlavə və dəyişikliklərlə əlaqədar bəzi bəyannamə formalarında və doldurulması qaydalarında, həmçinin əlavələrin forma və tərtib olunması qaydalarında müvafiq dəyişiklikləri təsdiq edib. Boyukmillet.com bu barədə quruma istinadən xəbər verir. Təsdiq edilmiş yeni bəyannamə formaları aşağıdakılardır: – Əlavə dəyər vergisinin bəyannaməsi (2, 3, 4 və 5 nömrəli əlavələrlə) və tərtib edilməsi qaydaları; – …
Read More »İqtisadiyyat naziri Dünya İqtisadi Forumunun prezidenti ilə görüşüb
İqtisadiyyat naziri Mikayıl Cabbarov Dünya İqtisadi Forumunun (WEF) prezidenti Borge Brende ilə görüşüb. Boyukmillet.com xəbər verir ki, bunu nazir bildirib. “Görüşdə uzunmüddətli səmərəli əməkdaşlığımız, ölkəmizin müasir innovasiyalar məkanına çevrilməsi istiqamətində görülən işlər və IV Sənaye İnqilabının yaratdığı imkanlardan bəhs etdik”, – deyə o qeyd edib.
Read More »Rusiyanın 70-dən çox subyekti Azərbaycan ilə əməkdaşlıq edir
“Əsas odur ki, pandemiyaya baxmayaraq, bizim ticari-iqtisadi əlaqələrimiz möhkəmlənir, əmtəə dövriyyəsi, – Siz yəqin bu barədə ətraflı danışdınız, – 2020-ci ildəkinə nisbətən 16 faiz artaraq 3 milyard 300 milyon dollara çatıb. Azərbaycanda Rusiya kapitalı ilə mindən artıq şirkət fəaliyyət göstərir, energetika, maşınqayırma, nəqliyyat sahələrində böyük sayda birgə layihələr icra olunur, kənd təsərrüfatı, infrastruktur, bərpaolunan enerji, rəqəmsal iqtisadiyyat sferalarında belə əməliyyatlar …
Read More »