Çərşənbə , 16 Aprel 2025

Biznes

Cahit Bağçı: “TDT-ya üzv ölkələrin ticarət dövriyyəsi 42 milyard ABŞ dolları dəyərindədir”

Türk Dövlətləri Təşkilatına (TDT) üzv olan ölkələrinin ticarət dövriyyəsinin ümumi həcmi 42 milyard ABŞ dolları dəyərindədir və bu göstəricinin artırılması üçün potensial var. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı bu gün Bakıda keçirilən Türk Dövlətləri İqtisadi Forumunda deyib. Səfir vurğulayıb ki, bu təşkilat üzv ölkələr arasında iqtisadi, ticarət əlaqələrinin inkişafına töhfə verir. Onun sözlərinə görə, dünən Azərbaycan, Qazaxıstan …

Read More »

Azərbaycan Özbəkistanla investisiya sahəsində əməkdaşlığı genişləndirir

Azərbaycanla Özbəkistan arasında investisiya sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə edilib. Boyukmillet.com xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib. Nazir deyib ki, Özbəkistana işgüzar səfəri zamanı bu ölkənin investisiyalar, sənaye və ticarət naziri Ləziz Kudratov ilə keçirilmiş görüşdə ikitərəfli iqtisadi tərəfdaşlığın gündəliyindəki məsələlər nəzərdən keçirilib: “Gündəlikdə biznes subyektlərinin işbirliyinin təşviqi üçün yeni imkanların araşdırılması, ticarət-iqtisadi …

Read More »

Bakıda 2 milyon ədədə yaxın aksiz markasız tütün məmulatı aşkar edilib

Bakıda 1 762 600 ədəd aksiz markasız tütün məmulatı aşkar edilib. Boyukmillet.com xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb. Məlumata görə, qurum Dövlət Gömrük Komitəsi ilə birlikdə aksiz markasız tütün məmulatlarının idxalı və həmin məhsulların istehlak bazarında satışı hallarının qarşısının alınması istiqamətində birgə nəzarət tədbirlərini davam etdirir. Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş …

Read More »

Mustafa Abbasbəyli: “Azərbaycanda kadr axtarışı ilə bağlı yeni alət tətbiq olunacaq”

Azərbaycanda rəsmi karyera portalınında kadr axtarışı ilə bağlı yeni alət tətbiq olunacaq. Boyukmillet.com xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli Milli İnsan Resursları Forumunda deyib. Onun sözlərinə görə, “Əmək və məşğulluq” altsistemdə (ƏMAS) “Matching” modulu tədbiq olunandan sonra müraciət edənlər öz təhsil və peşəsinə uyğun işə yönləndiriləcəklər, sonra iş …

Read More »

Baş nazirin müavini: “Başqırdıstan Azərbaycanla ticarət əməliyyatlarının inkişafına ümid bəsləyir”

Rusiyanın Başqırdıstan Respublikası Azərbaycanla ticarət əməliyyatlarının inkişafına ümid bəsləyir. Boyukmillet.com xəbər verir ki, bunu Başqırdıstan Baş nazirinin müavini, kənd təsərrüfatı naziri İlşat Fazrahmanov Bakıda keçirilən Azərbaycan-Başqırdıstan biznes forumunda deyib. “Buraya uzunmüddətli əməkdaşlıq ümidi ilə gəlmişik ki, Başqırdıstan və Azərbaycanın işgüzar dairələri bir-birilə əlaqələr qura bilsinlər. Bu, ikitərəfli yoldur. Başqırdıstan məhsullarını Azərbaycana ixrac etməyə və respublikamızda istehsal olunmayan malların Başqırdıstana idxalını təşkil …

Read More »

Azərbaycanda fəaliyyət göstərən ispan şirkətlərinin sayı açıqlanıb

Hazırda Azərbaycanda neft-qaz, tikinti və kənd təsərrüfatı sahələrində 30-dan çox ispan şirkəti fəaliyyət göstərir. Boyukmillet.com xəbər verir ki, bu barədə İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) və “Madrid Biznes Forumu“nun birgə təşkilatçılığı ilə İspaniya şirkətlərinin nümayəndələri ilə keçirilmiş görüşdə bildirilib. Tədbirin əsas məqsədi ispan şirkətlərini Azərbaycanın biznes və investisiya imkanları barədə məlumatlandırmaq idi. AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev Agentlik haqqında …

Read More »

Tahir Mirkişili: “Türkiyənin Azərbaycana investisiyalarının artmasına şərait yaranacaq”

Azərbaycan və Türkiyə arasında ikiqat vergitutmanın aradan qaldırılması Türkiyənin Azərbaycana investisiyalarının artmasına, iki ölkənin sahibkarlarının biznes fəaliyyəti üçün əlverişli mühitin formalaşmasına şərait yaradacaq. Boyukmillet.com xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib. Onun sözlərinə görə, bununla bağlı imzalanmış sazişlə qarşı tərəf Azərbaycana münasibətdə yalnız hüquqi şəxslər üçün …

Read More »

Bu ilin I rübündə 16 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib

Bu ilin yanvar-mart aylarında 26 mikro və kiçik sahibkar “Startap” şəhadətnaməsi üçün İqtisadiyyat Nazirliyinin tabelindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) müraciət edib. Boyukmillet.com xəbər verir ki, Nazirlər Kabinetinin 29 yanvar 2021-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Startapın müəyyən olunması meyarları”na əsasən Ekspertlər Şurası tərəfindən 16 mikro və kiçik sahibkara “Startap” şəhadətnaməsinin verilməsi barədə qərar qəbul olunub. Şəhadətnamə …

Read More »

Azərbaycanda Beynəlxalq Əmlak və İnvestisiya Zirvəsi keçiriləcək!

“Between” və “Facemark” şirkətlərinin təşkilatçılığı ilə iyunun 1-də “The Ritz Carlton Baku”da Beynəlxalq Əmlak və İnvestisiya Zirvəsi keçiriləcək. Tədbir vasitəsilə yerli və beynəlxalq sahədə məlumat və təcrübə mübadiləsi olacaq. “Gələcəğə doğru yatırım” konsept mesajı ilə keçiriləcək tədbirin məqsədi Azərbaycan investorlarına Türkiyə və Avropa Birliyi bazarlarında əmlak və digər investisiya imkanlarını necə effektiv istifadə edə biləcəkləri barədə məlumat verməkdir. Peşəkar moderator və …

Read More »

DGK 228 min ABŞ dollarının qanunsuz ölkədən çıxarılmasının qarşısını alıb

Ötən il Dövlət Gömrük Komitəsi (DGK) qanunvericiliyin tələblərini pozaraq, Azərbaycanın gömrük sərhədindən 227,9 min ABŞ dolları məbləğində vəsaitin keçirilməsinin qarşısını alıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatda bildirilir. Bundan başqa, gömrük əməkdaşları 7,8 min avro, 7,6 milyon rus rublu, 2,303 milyon manat dəyərində 7,7 min ədəd qızıl zinət əşyaları, 1 504 qram qızıl, 251,8 min manat dəyərində 5 899 ədəd gümüs zinət əşyaları və 59,5 min qram gümüs kütlələr (külçə), 59,9 min manat …

Read More »