Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi Səhiyyə Nazirliyi və Türkiyə Turizm Tanıtma və İnkişaf Agentliyinin (TGA) kordinasiyası ilə turizm sektorunda çalışan işçilərin peyvəndlənməsinə başlanıb. Boyukmillet.com xəbər verir ki, peyvəndləmə proqramı aviaşirkətlər, hava limanları, mehmanxanalar, turizm agentliklərinin işçilərini, həmçinin peşəkar bələdçiləri də əhatə edəcək. Turizm sektorunda çalışan bütün işçilərin peyvəndlənməsi cari ilin yay mövsümünə qədər başa çatacaq. Peyvəndləmə “Etibarlı Turizm Sertifikat Proqramı” çərçivəsində …
Read More »Sidqi Mustafayev COVID-19-dan vəfat edib
“İRS” folklor ansamblınnın bədii rəhbəri, Əməkdar mədəniyyət işçisi Sidqi Mustafayev vəfat edib. Boyukmillet.com xəbər verir ki, bu barədə onun yaxınları sosial şəbəkədə yazıb. Bildirilib ki, S.Mustafayev COVID-19-dan dünyasını dəyişib. Xatırladaq ki, o, uzun illər ürək-damar çatışmazlığından əziyyət çəkib. Həmçinin bir neçə gün əvvəl S.Mustafayevin həyat yoldaşı Fəridə Mustafayeva bir neçə gün öncə, qızı Təravət isə ötən il noyabr ayında COVID-19-dan …
Read More »Sabunçuda nişan mərasiminində iştirak edən 20 nəfər məsuliyyətə cəlb edildi
Sabunçu Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə Zabrat qəsəbəsində yaşayan Ö.Bəşirovun sanitariya-gigiyena və karantin rejim qaydalarını pozaraq evində övladına nişan mərasimi təşkil etdiyi məlum olub. Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən verilən məlumata görə, polislər tərəfindən mərasimin qarşısı alınıb. Orada iştirak edən ümumilikdə 20 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilib.
Read More »AMB yeni pul nişanları ilə bağlı çətinliklərə reaksiya verib
Son günlər mətbuatda bank olmayan ödəniş xidməti təchizatçılarının ödəniş terminallarının yenilənmiş 1, 5 və 50 manatlıq pul nişanlarını qəbul etməkdə müəyyən çətinliklərin yaranması ilə bağlı məlumatlar yayılıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) açıqlamasında bildirilir. Məlumatda həmçinin deyilir ki, ölkə ərazisində istismar olunan nağd pul sistemlərinin (bankomatlar, ödəniş terminalları, pul sayan və emal edən sistemlər və …
Read More »Sabirabadda toy məclisi təşkil edilib, 9 nəfər saxlanıldı
Daxili işlər orqanlarının əməkdaşları tərəfindən karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan “Report”a verilən məlumata görə, Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən növbəti tədbirlər zamanı Qarağac sakini Etibar Qocayevin yaşadığı evin həyətində qonaqların iştirakı ilə övladına toy məclisi təşkil etdiyi müəyyən edilib. Həmin ünvana baxış keçirilən …
Read More »Hadı Rəcəblinin restoranında toy olub, saxlanılanlar var
Lənkəranda toy mərasimləri keçirilən 3 obyekt aşkarlanıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlərlə rayon ərazisində yerləşən “Riva Hill Resort”, “Palıdlı Sahil”, “Rahat Məkan” istirahət mərkəzlərində sanitar-gigiyena və karantin rejim qaydalarının pozulması ilə müşahidə olunan toy mərasimlərinin keçirilməsi müəyyən edilib. Polis əməkdaşları tərəfindən mərasimlərin təşkilatçıları və iştirakçıları, xidmət …
Read More »Bakıda toy məclisində iştirak edən 19 nəfər saxlanıldı – VİDEO
Paytaxtın Nərimanov rayonunda xüsusi karantin rejim qaydalarına əməl edilməyən şadlıq saraylarının birində toy mərasiminin keçirilməsi aşkarlanıb. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, Nərimanov Rayon Polis İdarəsinin və 18-ci Polis Şöbəsi əməkdaşlarının birgə keçirdiyi tədbirlərlə sanitariya-gigiyena və karantin rejim qaydalarını pozan obyektin sahibi, xidmət personalı, mərasimin təşkilatçıları və iştirakçıları barəsində qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb. Onlarla profilaktik söhbətlər …
Read More »Hikmət Hacıyev: “Media haqqında” yeni qanun layihəsi hazırlanıb”
“Azərbaycanda “Media haqqında” yeni qanun layihəsi hazırlanıb”. Boyukmillet.com-un xəbərinə görə, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev aprelin 10-da Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) informasiya və media üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin 3-cü toplantısında çıxış edən deyib. Onun sözlərinə görə, qanun layihəsinin təkmilləşdirilməsi üçün Türkiyənin təcrübəsindən də istifadə edilib: …
Read More »İşsiz kimi rayon məşğulluğunda qeydiyyatdan keçsəm də, uyğun vakansiyalara yaxın qoymurlar – Bərdənin Kələntərli kənd sakini yazır…
Vaqif Müslümzadə: “Nə səbəbə vakansiya ola-ola vətəndaşları işlə təmin etmir?” Bərdə rayonu Kələntərli kənd sakini, Yeni Azərbaycan Pariyasının üzvü Müslümzadə Vaqif Məhəmməd oğlu ölkə rəhbərliyinə ünvanladığı şikayətin bir nüsxəsini də “Bakı-Xəbər”ə göndərib. Həmin şikayəti olduğu kimi təqdim edirik: “Yazaraq Sizə bildirirəm ki, mən yaşadığım rayonda bütün işlərdə ictimai fəal olaraq könüllü iştirak edirəm. Uzun müddətdir Bərdə rayon Məşğulluq Mərkəzində adım …
Read More »Azərbaycanda vaksinasiya ilə bağlı saxta sənəd verən 12 həkim işdən çıxarılıb
“Son zamanlar müxtəlif kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə koronavirus əleyhinə peyvəndin vurulması ilə bağlı vətəndaşların saxta sənəd əldə etməsi barədə yayılan məlumatların yerindəcə araşdırılması və yoxlanılması aidiyyəti qurumlar tərəfindən təmin edilib”. Boyukmillet.com xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi birgə məlumat yayıb. Qeyd olunub ki, araşdırmanın nəticəsi …
Read More »