Şənbə , 23 Noyabr 2024

Cəmiyyət

Ramiz Mehdiyev daha bir akademiki işdən çıxardı

AMEA-nın prezidenti Ramiz Mehdiyev akademik Yaqub Mahmudovu vəzifəsindən azad etdi. Boyukmillet.com xəbər verir ki, bu barədə sosial mediada məlumat yayılıb. Qeyd olunub ki, akademik Ramiz Mehdiyev AMEA-nın Tarix İnstitutunun direktoru, millət vəkili, akademik Yaqub Mahmudovu tutduğu vəzifədən azad edib.  Sosial şəbəkədə yayılan bu məlumatı dəqiqləşdirmək üçün AMEA-nın mətbuat xidməti və akademik Y.Mahmudovla dəfələrlə əlaqə saxlamaq cəhdlərimiz baş tutmadı. 

Read More »

Nazir: “Vaksinasiya olunacaq müəllimlərin siyahısı hazırdır”

“Vaksinasiya olunacaq müəllimlərin siyahısı hazırdır. Buradan yoluxanların sayını çıxırıq. Müvafiq plana uyğun olaraq 50 yaşdan yuxarı müəllimlərin vaksinasiya olunmasını nəzərdə tuturuq”. Boyukmillet.com xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev xüsusi karantin rejimi dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair bu gün keçirilən brifinqdə deyib. Onun sözlərinə görə, Bakı, Sumqayıt və Abşeronda fəaliyyət göstərən 16 698, bölgələrdə isə 32 mindən çox təhsil işçisinin vaksinasiya …

Read More »

Şəhid ailələri və qazilərimizin kredit borcları silinib

Azərbaycanın mikromaliyyə sektoru İkinci Qarabağ müharibəsində şəhidlərin ailələrinə, qazilərə və müharibədən zərər çəkən digər şəxslərə kredit güzəştlərinə başlayıb.  Bu barədə Azərbaycan Mikromaliyyə Assosiasiyasından (AMFA) məlumat verilib. AMFA üzvləri (Bank Olmayan Kredit Təşkilatları – BOKT-lar) 3 kateqoriya üzrə müharibə iştirakçısı və ya müharibədən zərər çəkmişlərin borclarının silinməsinə dəstək veriblər.  Belə ki, İkinci Qarabağ müharibəsi şəhidləri və onların birinci səviyyəli ailə üzvləri (ata, ana, …

Read More »

Gürcüstanın səfiri Şəhidlər xiyabanını ziyarət edib

Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze səfirliyin işçiləri ilə birlikdə 20 Yanvar faciəsinin 31-ci ildönümü münasibətilə Şəhidlər xiyabanını ziyarət edib. Bu barədə Gürcüstanın Azərbaycandakı səfirliyindən məlumat verilib. Bildirilib ki, onlar Azərbaycanın azadlığı uğrunda canından keçmiş qəhrəmanların xatirəsini ehtiramla yad edib və abidənin önünə gül dəstələri qoyublar. “Bu gün – yanvarın 20-də Azərbaycan xalqının yaxın tarixinin ən faciəli tarixlərindən biri qeyd olundu. 9 aprel 1989-cu …

Read More »

Baş Konsulluq Qara Yanvar faciəsinə dair film hazırlayıb

Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu tərəfindən 20 Yanvar faciəsinə həsr olunmuş qısa film hazırlanıb. Baş Konsulluqdan bildirilib ki, filmdə 1987-ci ildən başlayaraq Ermənistanda azərbaycanlılara qarşı poqromların başlandığı, ermənilərin azərbaycanlılar yaşayan kəndlərə hücum edərək yüzlərlə mülki azərbaycanlını qətlə yetirdikləri qeyd olunur. Nəticədə 250 min azərbaycanlının Ermənistandan kütləvi şəkildə didərgin salındığı bildirilir. Bütün bunların və Ermənistanın eyni zamanda ölkəmizə qarşı ərazi iddiaları qaldırmasının …

Read More »

Azay Quliyev seçicilərlə videogörüş keçirib

Bu gün deputat Azay Quliyev 8 saylı Binəqədi birinci seçki dairəsinin seçiciləri ilə növbəti videogörüşünü keçirib. Boyukmillet.com  xəbər verir ki, videogörüşdə iştirak edən seçicilər pensiya, istilik, kommunal, məşğulluq və təhsil məsələləri ilə bağlı onları narahat edən problemlər haqqında deputata müraciətlərini çatdırıblar.Seçicilərin qaldırdığı problemlərin bir qismi yerində həll edilib, digərləri ilə bağlı müvafiq addımların atılacağı bildirilib. Mərkəzi və yerli icra hakimiyyətlərinin …

Read More »

20 Yanvar Günü Bakıda bir sıra yollar bağlanacaq

Daxili İşlər Nazirliyi (DİN) Ümumxalq Hüzn Günü ilə bağlı məlumat yayıb. DİN-in Mətbuat xidmətindən daxil olan məlumatda deyilir: “20 Yanvar – Ümumxalq Hüzn Günü ilə əlaqədar paytaxtın bəzi küçə və prospektlərində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaqdır. 20 Yanvar günü səhərdən başlayaraq vətəndaşlar 20 Yanvar faciəsinin qurbanlarının dəfn olunduğu Şəhidlər Xiyabanını ziyarət edəcəklər.Xüsusi tədbirlər planına uyğun olaraq, ziyarətçilərin təhlükəsizliyini təmin etmək məqsədilə yanvarın 20-si …

Read More »

Bu gündən Azərbaycanda koronavirusa qarşı vaksinasiya başlayır

Bu gündən etibarən Azərbaycanda COVID-19 infeksiyasına qarşı vaksinasiya başlayır. Boyukmillet.com xəbər verir ki, peyvəndləmə könüllü və dövlət hesabına aparılacaq. Azərbaycan 2 milyon insan üçün 4 milyon doza Çin istehsalı olan “Sinovac” peyvəndi alıb. Vaksin bir insana iki dozada vurulacaq. Dozalararası müddət 21 gün müəyyənləşdirilib. İlkin mərhələdə yalnız dövlət xəstəxanalarında vaksinasiya aparılacaq. Vaksin “soyuq zəncir” şəraitinə uyğun olaraq saxlama məntəqələrində qorunacaq. Azərbaycanda birinci mərhələdə yüksək risk qrupuna …

Read More »

SMS icazə ləğv edildi

Bu gündən Azərbaycanda yaşayış yerini tərk etmək üçün tətbiq edilən icazə sistemi ləğv edilib.Boyukmillet.com xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah yanvarın 16-da qərar imzalayıb. Qərara əsasən, 2021-ci il 18 yanvar saat 00:00-dan etibarən Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərlərinin və Abşeron rayonunun ərazisində, eləcə də Lənkəran, Masallı, Cəlilabad, Şəki, Zaqatala, Quba, Xaçmaz, Yevlax, Bərdə, Biləsuvar və İsmayıllı …

Read More »

Azərbaycanda tədrisin təşkili qaydaları gələn həftə açıqlanacaq

Növbəti həftə Təhsil naziri Emin Əmrullayevin iştirakı ilə brifinq təşkil ediləcək. Boyukmillet.com xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cəsarət Valehov isə bildirib “Brifinqdə qarşıdakı dövr ərzində tədrisin təşkili qaydaları, yeni hədəflər, gözləntilər barədə məlumat veriləcək, sual doğuran məsələlərə aydınlıq gətiriləcək”, – deyə o qeyd edib.

Read More »