Şənbə , 18 May 2024

Cəmiyyət

ONLARI SİZ DƏ TANIYIN

Bu gün cəmiyyət həyatının bütün sahələri üçün vacib olan ölkədaxili sabitliyi yaradan və qoruyan, vətəndaşlarımızın asayişini mühafizə edən, insanların azad, sərbəst yaşaması üçün lazımi şəraitin yaradılması istiqamətində üzərlərinə düşən vəzifələri layiqi ncə yerinə yetirən nümunəvi polislərimizdən bəhs etmək istəyirəm. Bəli, onlar daim asayişimizi qoruyaraq, təhlükəsizliyimizin keşiyində dayanaraq işlərindən zövq alırlar. İndiki gərgin şəraitdə – koronavirus pandemiyasının tüğyan etdiyi bir vaxtda …

Read More »

“Bu gün bizə mütləq Qərbi Azərbaycan İnstitutu lazımdır” -MÜSAHİBƏ!

Əziz Ələkbərli: “Biz silah gücünə ermənini işğal altındakı torpaqlarımızdan qova bildik, amma…”“Bu İnstitut erməninin bütün dünyadakı dayaqlarını darmadağın edə, erməninin Cənubi Qafqazdakı kökünü qazıya bilər” Son vaxtlar Ermənistanda yeni işğal və qisas əməliyyatları ilə bağlı çağırışların artması, bununla bağlı bəzi təşkilatların yaradılmasıl müşahidə edilir.  Moderator.az olaraq millət vəkili Əziz Ələkbərli ilə söhbətimizdə bu və digər məsələləri şərh etməyə çalışdıq. –Əziz bəy, …

Read More »

“Moskva görüşündən əvvəl səslənən iddialar fiaskoya uğradı” – Rufiz Qonaqov

Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş nazirinin Moskvada keçirdiyi üçtərəfli görüşdə Azərbaycan masadan qalib ayrıldı. Görüşün nəticəsində imzalanan razılaşma da bunun göstəricisidir. Görüşdən əvvəl isə bəzi iddialar səsləndirilirdi. İddia olunurdu ki, Moskva görüşündə Azərbaycana yeni güzəştlər qəbul etdiriləcək, bir növ müharibədə əldə olunan qələbəyə kölgə salınacaq. Amma görüşün nəticəsindən bir daha bəlli oldu ki, bu cür iddialar əsassızdır və Azərbaycan …

Read More »

“Azərxalça” rəhbərinin həbsində sirli “xalçaaltı məsələlər”

“Azərxalça”nın rəhbəri Vidadi Muradovun mənimsəməyə görə həbs edilməsində “xalçaaltı məsələlər”in olması ehtimalı var. Sosial şəbəkələrdə geniş müzakirə olunan həbsin gerçək səbəblərinin başqa olması ilə bağlı müxtəlif versiyalar, fikirlər dartışılır, iddialar səslənir. Vurğulanır ki, Azərbaycan gerçəkliyində onun “yediyi” vəsait elə də böyük məbləğ sayılmır. O baxımdan ki, əksər məmurların, vəzifəli şəxsin fəaliyyəti araşdırılsa, xeyli vəsait mənimsədikləri üzə çıxar. Belə iddialar da …

Read More »

“VECON CONSULTING” yekun hesabat verdi

Azərbaycanın nüfuzlu qiymətləndirmə şirkətlərindən olan – “VECON CONSULTING” şirkəti 2020-ci ilin yekunları ilə bağlı ictimai hesabat təqdim edib. Boyukmillet.com xəbər verir ki, şirkətin direktoru, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədr müavini Vüqar Orucun adından yayılan hesabatda şirkətin yola saldığımız ildə gördüyü işlərdən, həyata keçirdiyi layihələr və yeniliklərdən bəhs olunur. Hesabatda qeyd olunur ki, “VECON CONSULTING” 2020-ci ildə müştəri bazasını genişləndirib. Ölkənin …

Read More »

Sabir Rüstəmxanlının “Qarabağa dönüş”ü niyə önəmlidir? – İsa Həbibbəylinin məqaləsi

Vətən savaşının ilk poemasını yazmış Xalq şairi Sabir Rüstəmxanlı Azərbaycan ədəbiyyatında milli ruhun və yüksək vətəndaşlıq mövqeyinin böyük ədəbiyyatını yaratmış görkəmli sənətkarlardan biri kimi qəbul olunur. O, qan yaddaşının poeziyasını yaratmaqla, soykökə və qəhrəmanlıq tariximizə işıq salmaqla yeni tarixi epoxanın vətənpərvərlik-vətəndaşlıq ideallarına dəstək vermək missiyasını şərəflə və məsuliyyətlə yerinə yetirməyi özü üçün müqəddəs borc, ali vəzifə hesab edən şair-vətəndaşdır. Sabir …

Read More »

Ali məktəblərdə imtahanların keçirilməsi qaydası açıqlanıb

Bu gündən başlayaraq ali və orta ixtisas təhsil müəssisələrində 2020-2021-ci tədris ilinin payız semestrinin imtahan sessiyasına başlanılır. Boyukmillet.com xəbər verir ki, bununla bağlı Təhsil naziri Emin Əmrullayev müvafiq əmr imzalayıb. Əmrə əsasən, ali və orta ixtisas təhsil müəssisələrində imtahan qərargahları yaradılıb. İmtahan sessiyası distant formada olmaqla 4 həftə müddətində keçiriləcək. İmtahanın təşkilində nöqsanlara yol verən şəxslər barədə müvafiq qaydada tədbirlər görüləcək. Sessiya bitdikdən …

Read More »

Almaniyada şəhid, qazi ailələrinə yardım üçün xeyriyyə təşkilatı yaradılıb

Almaniyada ilk Azərbaycan xeyriyyə təşkilatı “Varliq-Fonds” e.V.” (“Varlıq” Fondu) fəaliyyətə başlayıb. Boyukmillet.com xəbər verir ki, ötən gün fondun təsis yığıncağı keçirilib. Almaniyada yaşayan azərbaycanlıların vahid təşəbbüsü ilə yaradılan “Varliq-Fonds” e.V.” ictimai birliyinin ilk təsis toplantısı Qarabağ müharibəsi şəhidlərinin xatirəsini bir dəqiqəlik sükutla yad etməklə başlayıb. Şəhidlərimizin əbədi xatirəsinə dərin ehtiramın təcəssümü kimi yaradılan fondun əsas hədəflərindən biri şəhid və qazi …

Read More »

Fuad Muradov: “Azərbaycan-Gürcüstan birgə ali məktəbinin yaradılması ilə bağlı danışıqlar gedir”

“Biz bilirik ki, Gürcüstanda azərbaycanlıların yaşadığı yerlərdə hansı problemlər mövcuddur və hansı işlər görülməlidir”. Boyukmillet.com-un xəbərinə görə, bunu Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Yeni Azərbaycan Partiyasının İcra Katibliyində keçirilən mətbuat konfransında deyib. O bildirib ki, Təhsil Nazirliyi və digər qurumlarla birlikdə fəaliyyət planı tərtib edilib və hökumətə təqdim olunub: “Bildiyiniz kimi, Təhsil Nazirliyi Gürcüstana dərsliklər göndərir. Hər …

Read More »

Londonda “Qarabağın səsi” xeyriyyə konserti keçiriləcək

Yanvarın 10-u Bakı vaxtilə saat 21:00-da Böyük Britaniyanın paytaxtı London şəhərində fəaliyyət göstərən Beynəlxalq Azərbaycan İcmasının və “Red Hearts” Fondu ilə əməkdaşlıq edən könüllülər qrupunun təşəbbüsü ilə “Qarabağın Səsi” (“Voice of Karabakh”) adlı qlobal onlayn xeyriyyə konserti keçiriləcək. Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib. Britaniya Azərbaycanlıları İcmasının və Beynəlxalq Azərbaycan İcmasının sədri Fəridə Pənahova bildirib ki, məqsəd Vətən …

Read More »