Cümə , 29 Mart 2024
Drone Cameras

Göyçayda “Hak inşaat” satış mağazası açıldı

Prezident İlham Əliyevin Respublikada sahibkarlığın inkişaf etdirilməsi, yerlərdə sahibkarlara əlverişli şərait yaradılması barədə tapşırıqları Göyçay rayonunda da diqqət mərkəzində saxlanılır və sahibkarlığın inkişafı üçün hər cür şərait yaradılır.


İnşaat mallarının satışı üzrə regionda ən böyük şirkətlərindən olan “Hak inşaat” Göyçayda satış mərkəzinin açılışını edib. “Çanakkale Seramik” şirkətinin mağazası Azərbaycan, Türkiyə, Rusiya, İran, Çin, Özbəkistanın tanınmış “Çanakkale Seramik”, “Rivana”, “Pro Celing”, FAB, “Gulben”, “Touddelli” və s. şirkətlərinin müxtəlif çeşiddə kafel, metlaxları, hamam aksessurları, sanuzelləri, müasir asma və dartma tavanlar satılacaq. Yeni açılan mağazada 10 nəfər çalışacaq.


Yeni mağaza Göyçay şəhər 7 saylı tam orta məktəbin yaxınlığında,Nizami küçəsində yerləşir. Burada təmir və dizaynla bağlı minə çox çeşiddə məhsul sərfəli qiymətlərlə alıcılara təklif olunur.


Mərasimdə çıxış edən rayon icra hakimiyyəti başçısının müavini Ədalət Dövlətov, şəhər üzrə nümayəndə Rəşad Şükürov, “Göyçay, qəzeti, Göyçay informasiya agentliyi, Nartv baş redaktoru Anar Nağıyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” fərmanına uyğun olaraq son illər ölkəmizdə biznes və investisiya mühitinin yaxşılaşdırılması, əsassız yoxlamaların ləğv edilməsi istiqamətində əməli tədbirlər görülmüş, sahibkarlığın inkişafı regionda iqtisadi siyasətin ən mühüm elementlərindən birinə çevrilməsindən, sahibkarlığa dövlət dəstəyi tədbirləri nəticəsində sahibkarlıq subyektlərinin sayı son 17 ildə əsaslı şəkildə artmış, regionların sosial-iqtisadi problemlərinin həllində özəl sektora daha çox üstünlük verildiyini bildirmişdir. Bütün bunların nəticəsidir ki, cari ilin ötən doqquz ayı ərzində qeyri-neft sektorunda inkişaf artımı 15 faiz təşkil etmiş, bu sektora 6,3 milyard manat vəsait yönəldilmişdir ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 8,9 faiz çox olmasını diqqətə çatırdı.

İnvestisiya və biznes mühitinin yaxşılaşdırılması Göyçay rayonunda da sahibkarlığın inkişafına güclü təkan vermişdir. Hazırda rayon ərazisində yerli və dəvət olunmuş iş adamları tərəfindən ümumi dəyəri 26,5 milyon manat olan 11 layihə həyata keçirilir.

Tədbirdə çıxış edən iş adamı, sahibkar Anar Muradov göstərilən diqqət və qayğıya görə ölkə Prezidentinə dərin minnətdarlıqlarını bildirmiş, rayon iqtisadiyyatının daha yüksəldilməsi üçün bundan sonra da səylərini əsirgəməyəcəyini bildirmişlər.

Sonda ticarət marketin rəmzi açılışından sonra tədbir iştirakçıları alıcılara yaradılan şəraitlə tanış oldular. Mağaza daxilində müştərilərin rahat seçimi və vaxtlarına qənaət etmələri üçün boya, yapışdırıcı, plastik boru və fitinqlər, gips, alçı, o cümlədən məşhur markalara məxsus inşaat malları sərgiləndiyi xüsusi bölmələr qurulub. Məhsulları həm həm nağd, həm də hissəvi ödəniş ilə almaq mümkündür. “Hak inşaat” alıcıların tələb və ehtiyaclarının operativ, çevik şəkildə qarşılanması üçün pərakəndə və topdan satış üçün istifadəyə verib. Müştərilər ünvanımıza gələrək istədikləri məlumatları asanlıqla əldə edə bilərlər. Regionda yaşayan sakinlərə yüksək səviyyədə xidmət, insaat materialıarının evlərinə çatdırılması nəzərdə tutulub.


Açılış münasibətilə mağazada 25%-dək endirim kampaniyasına start verilib. Tələsin! Endirim fürsətlərindən siz də faydalanın! Satış mərkəzi həftənin bütün günləri səhər saat 09:00-dan axşam 19:00-a qədər xidmət göstərir.
“Hak inşaat” satış mağazası kefiyətli mal və uyğun qiymət bizdə!
Xeyirli alış-verişlər…

Check Also

Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində çətinliklər yaranıb

Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində çətinliklər yaranıb. Bu barədə Musavat.com-a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) …