“Fevralın 1-dən sonra şənbə və bazar günləri ictimai iaşə müəssisələri yerində xidmət göstərə biləcək”. Bunu Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov deyib. Onun sözlərinə görə, həftəsonları ictimai nəqliyyatın fəaliyyəti ilə bağlı isə əlavə məlumat veriləcək: “Bu şənbə-bazar (yanvarın 30-31-i) bərbərxana və gözəllik salonları işləyəcək. Kafe və restoranlarda fevralın 1-dən etibarən şənbə və bazar günləri də yerində xidmət olacaq”.
Read More »Bakı-Xırdalan-Sumqayıt qatarı kontakt şəbəkəsi yeniləndikdən sonra işləyəcək
Xırdalan dairəsində yeni inşa edilən dəmir yolu körpüsü istismara verilib və hazırda yük qatarları körpü üzərindən hərəkət edir, sərnişin daşımalarının bərpası isə kontakt şəbəkəsinin yenilənməsindən sonra gözlənilir. Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-dən bildirilib. Bakı-Xırdalan-Sumqayıt elektrikləşdirilmiş dəmir yolu xəttinin Baş Keşlə stansiyasının kontakt şəbəkəsinin yenidən qurulması və əsaslı təmiri işləri davam etdirilir. Kontakt şəbəkəsi Bakı-Böyük Kəsik dəmir yolu sahəsinin sabit cərəyandan …
Read More »Deputat Aşıq Ələsgərin 200 illik yubileyi münasibətilə heykəlinin ucaldılmasını təklif etdi – FOTO
Milli Məclisin deputatı Əziz Ələkbərli Aşıq Ələsgərin heykəlinin ucaldılmasını təklif etdi. Boyukmillet.com-un məlumatına görə, Milli Məclisin Mədəniyyət Komitəsinin 26.01.2021-ci il tarixli iclasında komitənin üzvü, Milli Məclisin deputatı Əziz Ələkbərli 2021-ci ildə Azərbaycan aşıq sənətinin zirvəsi olan Aşıq Ələsgərin 200 illik yubileyi münasibətilə Bakı şəhərində böyük sənətkarın heykəlinin ucaldılmasını təklif etmişdir. Qeyd edək ki, təklif Komitə sədri Qənirə xanım Paşayeva və …
Read More »“Qaçqınkom”da bir neçə şöbə ləğv olunub, yeniləri yaradılıb
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində ölkə rəhbərliyinin qarşıya qoyduğu vəzifələrin icrasını təmin etmək, idarəetmənin səmərəliliyini artırmaq məqsədilə struktur dəyişikliyi aparılıb. Bu barədə Dövlət Komitəsindən məlumat verilib. Belə ki, “Hüquq” və “İnsan resursları” sektorları ləğv edilərək, onların bazasında “Hüquq və kadrlar” şöbəsi yaradılıb. “Miqrasiya, məşğulluq və status” şöbəsi “Regional idarəetmə və status” şöbəsi ilə əvəzlənib, həmçinin ayrıca “Məşğulluq sektoru” …
Read More »Azərbaycan diplomatı Meksika mətbuatında erməni təcavüzünü işfa etdi
Meksikanın ən nüfuzlu mətbu orqanlarından olan “El Universal” gündəlik qəzetində bu ölkədəki səfirimiz Məmməd Talıbovun “Azərbaycan və sülh” başlıqlı məqaləsi dərc edilib. Azərbaycan Respublikasının Meksikadakı Səfirliyindən verilən məlumata görə, qəzetdə fransız əsilli meksikalı jurnalistin Azərbaycan və Türkiyə haqda qərəzli yazısına cavab olaraq hazırlanmış məqalədə M.Talıbov Qarabağın Azərbaycan xanlıqları, bu bölgənin tarixən Azərbaycanın tərkibində olması, XIX əsrdə ermənilərin bu ərazilərə köçürülməsi, Zəngəzur …
Read More »Ramin Quluzadə nazir vəzifəsindən azad edildi
Ramin Namiq oğlu Quluzadə Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri vəzifəsindən azad edilib. Boyukmillet.com xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Read More »Bakı-Naxçıvan aviareyslərinin sayı artırılır ⠀
Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına uyğun olaraq, fevralın 1-dən “Azərbaycan Hava Yolları” QSC (AZAL) Bakı-Naxçıvan-Bakı marşrutu üzrə reyslərin sayını gündə 3 dəfəyə qədər artıracaq. Boyukmillet.com bu barədə AZAL-a istinadən xəbər verir. Məlumata görə, reyslər aşağıdakı cədvəl üzrə həyata keçiriləcək: – Bakıdan uçuş saat 08:00, 13:40 və 19:20; – Naxçıvandan uçuş saat 10:50, 16:30 və 22:10. Hava gəmisinə COVID-19 virusunun …
Read More »Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının Daimi Nümayəndəliyi və Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyi birgə məlumat yaydı
Boyukmillet.com NUHÇIXAN İnformasiya Agentliyinə istinadən xəbər verir ki, Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının Daimi Nümayəndəliyi və Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyi bildirir ki, 2021-ci il yanvar ayının 8-dən etibarən həyata keçirilən, Bakı şəhərində və respublikamızın digər rayon və şəhərlərində müvəqqəti yaşayan, Naxçıvan Muxtar Respublikasında daimi qeydiyyatda olan sakinlərin istifadə müddəti bitən, itirilən, istifadəyə yararsız hala düşən şəxsiyyət vəsiqələrinin Bakı şəhərində, …
Read More »Azərbaycanda şəhid ailələrinin üzvləri növbədənkənar işə götürüləcək
Azərbaycanda sosial müdafiəyə ehtiyacı olan qrup kimi 5 faizlik növbədənkənar işə götürülmə kvotası şəhid ailələrinin üzvlərinə də şamil ediləcək. Bu barədə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib. Onun sözlərinə görə, bununla bağlı “Məşğulluq haqqında” qanuna dəyişiklik layihəsi parlamentə daxil olub.
Read More »Azərbaycanla Rusiya arasında pomidor ixracı ilə bağlı danışıqlar başlayır
Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti (“Rosselxoznadzor”) Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi ilə yanvarın 26-da danışıqlar aparacaq. Boyukmillet.com “Rosselxoznadzor”un saytına istinadən xəbər verir ki, tərəflər Azərbaycandan Rusiyaya pomidor tədarükü ilə bağlı vəziyyəti müzakirə edəcəklər. Xatırladaq ki, Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti Azərbaycanın daha 5 pomidor istehsalçısına ölkəyə məhsul ixracı ilə bağlı qadağa qoyub. Həmin şirkətlər “Binə Aqro” QSC, “Aqro-Favorit”, …
Read More »