Çərşənbə axşamı , 31 Mart 2026

Cəmiyyət

Deputat: “Ərzaq və qeyri-ərzaq bazarındakı qiymətlər günbəgün artır, bu, dözülməzdir”

“Ərzaq və qeyri-ərzaq bazarındakı qiymətlər günbəgün artır. Bu, dözülməzdir”. Bunu Milli Məclisin deputatı Vahid Əhmədov parlamentin bu gün keçirilən plenar iclasında deyib. Onun sözlərinə görə, Azərbaycan dövləti qiymət artımının qarşısının alınması üçün tədbirlər üzərində işləməlidir: “Nə qədər desələr də bazarda inhisarçılıq və monopoliya var. Biz uzun illərdir ki, Rəqabət Məcəlləsinin qəbul edilməsi məsələsini qaldırırıq. Hökumətdən xahiş edirəm ki, bu Məcəllənin qəbulunu …

Read More »

Bayramla əlaqədar Nazirlikdən əhaliyə müraciət

Fövqəladə Hallar Nazirliyi (FHN) əhaliyə müraciət edib. Nazirliyinin mətbuat xidmətindən Musavat.com-a daxil olan müraciətdə deyilir: “Hazırda bütün dünyada davam edən pandemiya fonunda ölkəmizdə də COVID-19 virusunun yayılması insanların həyat və sağlamlığı naminə Novruz bayramının bu il ənənəvi şəkildə qeyd olunmasını arzuolunmaz edir. Bununla əlaqədar Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək, COVID-19 infeksiyasının yayılmasının qarşısının alınması üçün ölkəmizdə tətbiq olunan xüsusi …

Read More »

Ordubad folklor mühitindən bəhs edən monoqrafiyanın təqdimatı oldu – FOTOLAR

AMEA Naxçıvan Bölməsinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, Bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Folklorşünaslıq şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Aytən Cəfərovanın “Ordubad folklor mühitinin regional xüsusiyyətləri” monoqrafiyasının təqdimatı keçirilib. Bu münasibətlə keçirilən tədbirdə AMEA-nın müxbir üzvü, professor Əbülfəz Quliyev bildirib ki, yenicə işıq üzü görən monoqrafiya məhz zənginliyi və milli köklərə bağlılığı ilə seçilən Ordubad …

Read More »

Azay Quliyev xaricdə təhsillə bağlı Baş nazirdən XAHİŞ ETDİ

Milli Məclisin bugünkü iclasında deputat Azay Quliyev hökumətin 2020-ci ildəki fəaliyyətinə dair hesabatı yüksək qiymətləndirib.Baş nazirə təşəkkür edən A.Quliyev deyib ki, 2020-ci ilin pandemiyanın tüğyan etdiyi və iqtisadi fəaliyyətlərin ciddi şəkildə məhdudlaşdırıldığı bir il olmasına baxmayaraq, hökumətin nəzərdə tutulan bütün sosial proqramları uğurlu icra etməsi və nisbətən az iqtisadi itkilərlə ili başa vurması xüsusi təqdir olunmalıdır. Azay Quliyev qeyd edib …

Read More »

Azay Quliyev hökumətin fəaliyyətini yüksək qiymətləndirdi

Milli Məclisin bugünkü iclasında deputat Azay Quliyev hökumətin 2020-ci ildəki fəaliyyətinə dair hesabatı yüksək qiymətləndirib. Boyukmillet.com-un məlumatına görə, Baş nazirə təşəkkür edən A.Quliyev deyib ki, 2020-ci ilin pandemiyanın tüğyan etdiyi və iqtisadi fəaliyyətlərin ciddi şəkildə məhdudlaşdırıldığı bir il olmasına baxmayaraq, hökumətin nəzərdə tutulan bütün sosial proqramları uğurlu icra etməsi və nisbətən az iqtisadi itkilərlə ili başa vurması xüsusi təqdir olunmalıdır. …

Read More »

Naxçıvan nümayəndəliyinin rəhbəri Belarus səfiri ilə görüşüb – FOTOLAR

Boyukmillet.com xəbər verir ki, Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov Belarus Respublikasının Azərbaycan Respublikasında yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Andrey Ravkovla görüşüb. Görüşdə iki ölkə arasındakı yaxın münasibətlər, Naxçıvan Muxtar Respublikası ilə uğurlu əlaqələr, turizm, müdafiə, kənd təsərrüfatı, maşınqayırma sənayesi və bir sıra digər sahələrdə səmərəli əməkdaşlıq imkanları, regional vəziyyət, rəsmi səfərlər və müxtəlif maraqlı mövzularda səmimi …

Read More »

Paytaxt sakinlərinin nəzərinə: Bəzi avtobusların hərəkət istiqaməti dəyişdirilir

Paytaxtın əsas küçələrindən birində sabahdan hərəkət məhdudlaşdırılır. Bu barədə  Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.  Bildirilib ki, martın 15-dən paytaxtın Xudu Məmmədov küçəsində aparılan təmir-tikinti işləri çərçivəsində (yolda asfalt-beton örtüyünün yenilənməsi) avtomobillərin hərəkəti qismən məhdudlaşdırılacaq. Bu səbəbdən M1, M2, M6, 11, 51, 57 və 104 nömrəli müntəzəm marşrutların hərəkət istiqaməti məhdudiyyətlərə uyğun olaraq digər nəqliyyat vasitələrinin yönləndirildiyi alternativ küçələrdən təşkil ediləcəkdir.

Read More »

Buraxılış imtahanlarının vaxtı açıqlanıb – QRAFİK

Müvafiq qurumlar tərəfindən sanitar-epidemioloji vəziyyətin kütləvi imtahanların keçirilməsi üçün əlverişli hesab olunacağı təqdirdə Dövlət İmtahan Mərkəzi tərəfindən aprel ayı ərzində tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının keçirilməsi nəzərdə tutulur. Mərkəzdən  verilən məlumata görə, imtahan tarixləri və onların şəhər-rayonlar üzrə bölgüsü aşağıdakı cədvəldə verilib. Qeyd edək ki, bütün imtahanlar yenə də Nazirlər Kabineti yanında Operativ Qərargahın virusla bağlı …

Read More »

Belarusdan Azərbaycana gətirilən toyuq ətinin yararsız olduğu aşkarlanıb

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirləri davam etdirilir. AQTA-dan verilən məlumata görə, həyata keçirilən nəzarət tədbirləri zamanı “Caspian Catering Supply” MMC tərəfindən Belarusdan ölkəmizə idxal edilən 70 kq dondurulmuş toyuq əti məhsuluna Agentliyin müfəttişləri tərəfindən baxış keçirilib. Baxış zamanı idxal olunan məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub.​Müayinələr …

Read More »