Yanvarın 25-i saat 00:00-dan etibarən bərbərxanaların, gözəllik salonlarının fəaliyyəti və kosmetik xidmətlərə (o cümlədən, bu sahələrdə müştərinin evində və ya digər məkanda xidmət) icazə verilib. Boyukmillet.com xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın karantin rejiminin yumşaldılması ilə bağlı qərarırda bildirilir.
Read More »Karantin rejimində yas yerlərində iştirakla bağlı yeni qərar açıqlanıb
Nazirlər Kabineti yanında Operativ Qərargahın karantin rejiminin yumşaldılması ilə bağlı yeni qərarında yas yerlərində iştirakla bağlı məsələ də öz əksini tapıb. Boyukmillet.com xəbər verir ki, yeni qərarda yaxın qohumunun dəfnində iştirakla əlaqədar Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərləri və Abşeron rayonu, eləcə də Lənkəran, Masallı, Cəlilabad, Şəki, Zaqatala, Quba, Xaçmaz, Yevlax, Bərdə, Biləsuvar və İsmayıllı rayon mərkəzləri (kənd və qəsəbələr …
Read More »Rayonlara gediş-gəlişə qoyulan qadağa ləğv olunur
Yanvarın 25-dən şəhərlərarası və rayonlararası hərəkətə icazə veriləcək. Boyukmillet.com xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın yeni qərarında bildirilib.
Read More »Bu gün Bakıda dezinfeksiya işləri həyata keçiriləcək
Yanvar ayının 16-sı səhər saatlarından etibarən Bakı şəhərinin mərkəzi və qəsəbələrindəki əsas küçə, prospekt və yollarında xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq. Bu barədə Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib. “Bununla əlaqədar maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixdə küçəyə çıxmamaq xahiş olunur”, məlumatda bildirilib.
Read More »Yanvarın 18-dək ölkə ərazisində ictimai nəqliyyat işləməyəcək
Bu gündən yanvarın 18-i saat 06:00-dək bütün ölkə ərazisində ictimai nəqliyyat işləməyəcək. Boyukmillet.com-un məlumatına görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyəti dayandırılır. Qərara əsasən, 16 yanvar saat 00:00-dan 18 yanvar saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyat fəaliyyət göstərməyəcək. Qeyd edək ki, bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai …
Read More »“ASAN xidmət”dən şəhid ailələri və qazilər üçün xüsusi xidmət
“ASAN xidmət” mərkəzlərində ərazi bütövlüyümüzün bərpası uğrunda yaralananlar və şəhid ailələrinin üzvləri üçün xüsusi xidmət təşkil edilib. Azərbaycanın Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən bildirilib ki, bu xüsusi xidmət vasitəsi ilə müvafiq kateqoriyadan olan şəxslər xidmətlərdən növbə gözləmədən yararlana bilərlər. Göstərilən xidmətlər yaralanan və şəhidlərin (vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi və bununla bağlı olan digər sənədləşmə …
Read More »Bölgələrdə 20 şəhid ailəsinə və Qarabağ əlillərinə yeni evlər verildi
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Beyləqan və Tərtər rayonları da daxil olmaqla bir sıra bölgələrdə 20 fərdi yaşayış evinin şəhid ailələrinə, Qarabağ müharibəsi ilə əlaqədar əlilliyi olan şəxslərə təqdim edib. Boyukmillet.com xəbər verir ki, tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Hidayət Abdullayev, həmin rayonların İcra Hakimiyyətlərinin başçıları Asif Ağayev və Müstəqim Məmmədov iştirak ediblər. H.Abdullayev bildirib ki, …
Read More »Azərbaycanda vaksinasiyanın hansı formada aparılacağı məlum olub
Səhiyyə Nazirliyinin nəzdində fəaliyyət göstərən COVID-19-la mübarizə işçi qrupunun üzvü Aris Rüstəmov poliklinikalardakı peyvənd otaqları barədə danışıb. Boyukmillet.com A.Rüstəmovun müsahibəsini təqdim edir: – Vaksinasiyanı həyata keçirəcək tibb işçiləri üçün hər hansı təlim və ya kurs nəzərdə tutulubmu? – Vaksinlər təlim kursu keçən tibb işçiləri tərəfindən ediləcək. Peyvənd ediləcək poliklinikalarda tibb işçiləri seçilərək xüsusi kurslara cəlb olunub. Burada əsas məqsəd tələb olunan əhaliyə …
Read More »Millət vəkili Saatlıda qazimizə baş çəkmişdir
Azərbaycanın bütün bölgələri kimi, Saatlı rayonunun igid oğulları da 44 günlük Vətən müharibəsində düşmənə qarşı qəhrəmanlıqla döyüşmüşdür. Bu döyüşdə igidlərimiz şəhidlik, qazilik mərtəbələrinə yüksəlmişlər. Şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa, veteranlarımıza cansağlığı diləyirik. Bu gün Saatlıdan millət vəkili Əziz Ələkbərli Saatlıda olmuş, bəzi şəhid ailələrinə, qazilərimizə baş çəkmişdir. Belə qazilərimizdən biri – zabit Fərhad Mürsəlovun 1-ci Qarabağ müharibəsində cəbhə yoldaşı mayor …
Read More »Azərbaycanın turizm sənayesi bərpa dövrünə hazırlaşır
“Turizm azad edilmiş torpaqlarda əsas fəaliyyət sahələrindən biri olacaq”. Boyukmillet.com xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev bu gün keçirilmiş Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının (ATAA) 2020-ci ildə görülən işlərlə bağlı yekun hesabat tədbirində çıxış edərkən bildirib. O, turizm sənayesinin il ərzində çətin dövrdən keçdiyini bildirib, qeyd edib ki, ilin sonunda Ali Baş Komandanın rəhbərliyi, Şanlı Ordumuzun qələbəsi ilə torpaqlarımızın azad …
Read More »