Saatlı Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən koronavirus pandemiyası ilə mübarizə çərçivəsində elan edilmiş xüsusi karantin rejiminin tələblərinin pozulmasının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Saatlı RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində rayon ərazisində karantin qaydalarına zidd olaraq müştərilərə xidmət edən 2 çay evi aşkar edilib. Hər 2 çay …
Read More »Səhiyyə Nazirliyinin Çağrı mərkəzi fəaliyyətini bərpa etdi
814 Çağrı Mərkəzində yaranan texniki problem artıq aradan qaldırılıb. Bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib. Bildirilib ki, vətəndaşlar sərbəst şəkildə müraciət edə bilərlər.12.34 Səhiyyə Nazirliyinin Çağrı Mərkəzi müvəqqəti olaraq işləmir. Bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib. Qeyd olunub ki, xətlərdə yaranan texniki nasazlıq səbəbindən 814 çağrı mərkəzi müvəqqəti olaraq işləmir. “Problem gün ərzində aradan qaldırılacaq. Vətəndaşlardan 9103 qaynar xətti ilə əlaqə saxlamaları …
Read More »ABŞ-da azərbaycanlı şagird Donald Trampın xüsusi mükafatına layiq görülüb
ABŞ-ın Merilend ştatının “Crofton” məktəbində təhsil alan həmyerlimiz, 14 yaşlı Xədicə İbrahimova təhsildə xüsusi müvəffəqiyyətlərinə görə Birləşmiş Ştatlar Prezidenti Donald Trampın imzası ilə “Outstanding Academic Excellence” mükafatına layiq görülüb. Xədicənin atası İmamverdi İbrahimov müsahibəsində bildirib ki, qızı hələ kiçik yaşlarında xüsusi istedadı ilə həmyaşıdlarından fərqlənib və təhsil aldığı məktəbdə bu günə qədər müxtəlif fənlər üzrə uğurlarına görə 40-dan çox mükafat alıb: “Həyat …
Read More »İşğaldan azad olunan ərazilərdə radio-televiziya yayımına başlanılıb
“İşğaldan azad olunan ərazilərdə radio və televiziya yayımı məqsədi ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyinin (Teleradio İB) mütəxəssisləri Şuşa Radio-Televiziya Yayım Stansiyasının (RTYS) işini bərpa ediblər”. Boyukmillet.com-un xəbərinə görə, ki, bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə özünün “Facebook” hesabında məlumat verib. Nazir qeyd edib ki, stansiyada rəqəmli TV yayım avadanlığı, …
Read More »Sabah paytaxtda növbəti gücləndirilmiş dezinfeksiya işləri aparılacaq
Sabah- yanvarın 2-i səhər saatlarından etibarən şəhərin mərkəzi və qəsəbələrdəki əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq. Bu barədə paytaxtın kommunal strukturlarından məlumat verilib. Bununla əlaqədar maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixlərdə küçəyə çıxmamaq xahiş olunur.
Read More »Azərbaycanda 2021-ci il üzrə kişilərin və qadınların pensiya yaşı açıqlanıb
Azərbaycanda 2021-ci il üzrə kişilərin və qadınların pensiya yaşı məlum olub. Boyukmillet.com xəbər verir ki, “Əmək pensiyaları haqqında” qanunun 7-ci maddəsinə əsasən, pensiya yaşına çatmış şəxsin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda …
Read More »Azərbaycanda müddətli həqiqi hərbi xidmətə çağırış başlayıb
2020-ci ilin dekabrın 22-də Prezident İlham Əliyev Azərbaycan Respublikası vətəndaşlarının 2021-ci il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında sərəncam imzalayıb. Boyukmillet.com xəbər verir ki, sərəncama əsasən, 2003-cü ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1986–2002-ci illərdə doğulmuş, yaşı 35-dək olan, …
Read More »20 Yanvar şəhidinin ailəsi üçün verilən Prezident təqaüdünün məbləği artırıldı
20 Yanvar şəhidinin ailəsi üçün verilən Azərbaycan Respublikası Prezidentinin təqaüdünün məbləği artırılıb. Boyukmillet.com. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq fərman imzalayıb. Fərmana əsasən, 1990-cı ilin yanvar faciəsi zamanı şəhid olmuş hər bir şəxsin ailəsinə ayda 500 manat məbləğində “20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü” veriləcək. Daha əvvəl həmin təqaüdün məbləği 300 manat idi. Bu …
Read More »Bu şəxslərə verilən Prezident təqaüdünün məbləği iki dəfə artırıldı
1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və “Leninqradın müdafiəsinə görə” medalı, “Leninqrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslərə (müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla) verilən Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği artırılıb. Boyukmillet.com xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev …
Read More »Sabir Rüstəmxanlı Dünya Azərbaycanlılarını təbrik etdi
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni təqvim ili münasibəti ilə Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlının Azərbaycan xalqına təbriki: “Əziz soydaşlarım!Sizləri Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni Təqvim ili münasibəti ilə səmimi qəlbdən təbrik edir, xalqımıza rifah, firavanlıq, əmin-amanlıq arzulayıram. Azərbaycanı müstəqilliyinə qovuşduran da bu böyük birliyin, həmrəyliyin, bir ideya uğrunda yumruq kimi birləşməyimizin bəhrəsidir. Məhz bu …
Read More »